"ABAD"çı: Vüqar Əliyev | Kod: 177 | Region: Gədəbəy

Dekorativ-tətbiqi sənətkarlığın xüsusi bir növü də ağacoyma sənətidir. Tarixən oymaçı ustad sənətkarlarımızın ağacdan yonaraq düzəltdikləri qaşıq, kasa, nimçə və müxtəlif qab-qacaqları, əşyaları geniş istifadə olunurdu.

ABADçımız Vüqar Əliyev də bu sənət növü üzrə fəaliyyət göstərir:

“Bu sənəti böyük qardaşımdan öyrənmişəm. Ona baxanda ağacoymadan suveniri düzəldib ərsəyə gətirməyin mürəkkəb olduğunu öyrəndim. Bunun üçün gərək yaxşı xəttat, nəqqaş, rəssam olasan. Çünki bu sənət həmin sahələrlə çox bağlıdır. Burada bacarıq, zövq, güclü yaddaş, yaradıcı qabiliyyət, səbir, diqqət lazımdır, zövq və duyğu gərəkdir”.

V.Əliyev “ABAD”a taxta oyma üsulu ilə musiqi alətlərimizin miniatür formasında olan suvenirlər təqdim edir. Bundan başqa sənətkarın hazırladığı sandıqçalar alıcıların böyük marağına səbəb olur. Vüqar Əliyevin hazırladığı suvenirləri “ABAD” satış mərkəzlərində əldə edə bilərsiniz.


© 2018 “ABAD” publik hüquqi şəxs