× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Türkan Kazımova | Region: Bakı | Rəssamlıq
Türkan Kazımova
“ABAD”ın dəstək göstərdiyi Türkan Kazımova 12 yaşından etibarən rəssamlıqla məşğul olur. Ali təhsili rəssamlıq istiqamətində alan sənətkar seçdiyi yolda daim valideynlərinin dəstəyini hiss edib. O, bu gün qazandığı uğurlarda valideynlərinin əvəzsiz rolunu böyük fəxr hissi ilə qeyd edir.

Türkan xanım Azərbaycanın məşhur rəssamı olan Rasim Babayevin əsərlərindən ilhamlanaraq, onun müxtəlif növlərdə div təsvirlərini relyef formasında, suvenir şəklində hazırlayır.

Onun zərif əl işləri arasında “Qarabağ atları” kompozisiyası da üstünlük təşkil edir.

Məşğul olduğu sahə ilə incəsənətə yeni bir üslub gətirən Tükran xanım qeyd edir ki, Azərbaycanın peşəkar rəssamlarının əsərlərinin suvenir şəklində işləyərək, onları dünyada tanıtdırmaq istəyir.

Məhsullarının satışını beynəlxalq səviyyədə təşkil etmək istəyən Türkan xanım bu məqsədlə “ABAD”a müraciət edib. Hazırda onun nəfis və qeyri-adi əl işləri “İçərişəhər”də fəaliyyət göstərən sənətkarlıq mərkəzində sərgi-satışa çıxarılıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar