× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Nəsibə Şükürova | Region: Bakı | Dulusçuluq və Keramika
Nəsibə Şükürova
Bədii keramika Azərbaycanda sənətkarlığın ən qədim sahələrindən biri olub və bu gün də peşəkar sənətkarlarımız tərəfindən inkişaf etdirilməkdədir. “ABAD” publik hüquqi şəxsin yeni üzvü olan Şükürovlar ailəsi uzun müddətdir ki, keramika sənəti ilə məşğuldur.

Ailənin üzvü Nəsibə Şükürova keramikadan müxtəlif dekorativ əl işləri hazırlayır.

Ali təhsilini rəssamlıq sahəsi üzrə alan Nəsibə xanım daha sonra keramika sənətinə meyil edərək bu sahənin bütün sirrlərinə yiyələnir.

Böyük zövqlə hazırlanan bu məhsullar əsasən 3 üslubda təqdim olunur. Bunlar fəlsəfi fikirləriləri xarakterize edən, gözəlliyin təbliği üçün yaradılmış əsərlər və ən əsası milli köklərə bağlı olan əl işləridir.

Sənətkar ruhlu bir ailədən böyüyən Nəsibə xanım qeyd edir:

“Anam uzun müddət xalçaçılıq sahəsi üzrə fəaliyyət göstərib. Düşünürəm anamın peşəkar bir xalçaçı olmasından ilhamlanaraq mən də sənətkarlıq sahəsində fəaliyyətimi davam etdirmişəm”.

Qeyd edək ki, Nəsibə Şükürova evində yaratdığı kiçib bir emalatxanada məhsulları hazırlayır və kiçik bir həcmdə bu məhsulları sata bilir.

“ABAD” ailəsinə qoşulmaqda məqsədi məhsullarını dünyaya tanıtmaq və mədəniyyətimizi təbliğ etmək olan Nəsibə xanım əl işlərini sənətkarlıq mərkəzlərimizdə satışa çıxarıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar