× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Mədət Bağırov | Region: Balakən | Mürəbbələr
Mədət Bağırov Mədət Bağırov
Balakən rayonun Qazma kəndinin sakinləri Bağırovlar ailəsi cem və mürəbbə məhsullarının istehsalı ilə məşğuldurlar.

Ailənin başçısı Mədət Bağırov deyir ki, ailəsi uzun illər müxtəlif meyvələrdən mürəbbələr hazırlayıb:

“Həmişə ev təsərrüfatında müxtəlif mürəbbələr hazırlamışıq. Çalışmışıq ki, hazırladığımız məhsullar zövqləri oxşasın, insanlar tərəfindən rəğbətlə qarşılansın. Biz bütün bu işləri əl əməyinin sayəsində, kustar üsulla görmüşük və ailə biznesimizin genişləndirilməsində çətinliklərimiz olub”.

İstehsal prosesini genişləndirmək üçün “ABAD”a müraciət etdiyini deyən Mədət Bağırovun sözlərinə görə, ona təqdim olunmuş avadanlıqlar yeni-yeni məhsul çeşidləri istehsal etməyə imkan verəcək.

“Bizim ailəmizi fərqləndirən xüsusiyyət odur ki, daim məhsulumuzun ən yüksək keyfiyyət standartlarına cavab verməsinə çalışırıq. Əlbəttə, biz müxtəlif kulinariya kitablarına da müraciət edirik, yeni-yeni mürəbbə çeşidlərini hazırlamaq üçün o kitablardan yararlanırıq. Təqdim olunmuş avadanlıqlar sayəsində isə bizim məhsullarımızın istehsalının asanlaşacağını, keyfiyyətinin isə yüksələcəyini düşünürük”, - deyə, o, bildirir.

Qeyd edək ki, “ABAD”a müraciət edən ailə zəruri istehsal avadanlıqları ilə yanaşı, həm də mürəbbə və cem məhsulları üçün qablaşdırma, dizayn forması, brend adı ilə təmin olunub.

Bu gün Bağırovlar ailəsinin hazırladığı məhsullar “Dənə-dənə” brendi altında təqdim olunur.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar