× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İqbal Həsənəlizadə | Region: Sumqayıt | Rəssamlıq
İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə İqbal Həsənəlizadə
Sumqayıt şəhərində tanınmış rəssamlardan biri də İqbal Həsənəlizadədir. O, taxta tullantılarından sənət əsərləri yaradır.

“ABAD”ın müştərilərinin təbəssümlə sahibləndikləri bu əl işlərinin yaradıcısı ixtisasca coğrafiya müəllimidir.

Bəlkə də bu səbəbdən İqbal müəllim Azərbaycanda turizm industriyasının geniş yayılmasında belə maraqlıdır.

İqbal bəy “heç bir turist Azərbaycana aid suvenirsiz getməsin” şüarı ilə təqdim etdiyi məhsullarını daha çox məhz ölkəmizə gələn qonaqlarda təəssürat yaratmaq üçün yaradır:

“Əl işlərimdə köhnə şəhərimizi animasiyaya bənzər şəkildə hazırlayıram. Orada istifadə etdiyim rəng şuxluğunun insanları həyata pozitiv baxmağa ruhlandırdığını düşünürəm. Turistlərdən biri əl işimi hətta canlı cizgi filmi kimi xarakterizə etdi. Çox fərəhləndim. Demək ki, ideyamı anladılar”.

İ.Həsənəlizadənin fikrincə, “ABAD” Azərbaycanı sənətkarlar diyarı kimi tanıtmağa kömək edəcək:

“İnanın ki, ən böyük arzum odur ki, Azərbaycanı qalereyalar diyarı kimi tanısınlar. Ustadlarımızın emalatxanaları, studiyaları hər kəsin üzünə açıq olsun və Azərbaycanda ən çox ziyarət edilən yerlərdən birinə çevrilsin”.

Sənətkar “ABAD”ın yardım göstərdiyi digər məsələlərə də toxundu: “İdeyalarım həmişə çox olub. Lakin onları həyata keçirməkdə gah texnoloji tərəfdən korluq çəkirdim, gah maddi, gah da vaxt azlığından. Düşünürəm “ABAD”a qoşulmaqla bu çatışmazlıqları bir-bir aradan qaldırıram”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar