× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Rüfət Rzayev | Region: Masallı | Həsirçilik
Rüfət Rzayev
Ağac çubuqları, lifli və dənli bitkilərdən istifadə olunan həsirçilik sənəti bu günə kimi öz əhəmiyyətini itirməyib.

ABADçımız Rüfət Rzayev də məhz bu sənət növü üzrə fəaliyyət göstərir. “53 yaşım var. Məktəbdə texnologiya dərsi keçirəm. Tələbələrimə həmçinin həsirçilik sirrlərini də öyrədirəm. Yaşadığım Astara rayonunda bu sənətin davamçısı kimi özünü görən 10-15 uşaq var ki, onlara təlimlər keçirəm”.

Həsirçilik sənətindən danışan R.Rzayev bu sənət növü ilə qədimdən bəri, əsasən Masallı, Lənkəran və Astarada məşğul oluduğunu söylədi:

“Bunun əsas səbəblərindən biri bölgənin iqlim şəraiti ilə bağlıdır. O vaxtlar nəmişliyə görə hamının evində var idi həsir, hamı istifadə edərdi. Döşəmələrə gildən hazırlanan palçıq şirəsi çəkilərdi, sonra isə ikiqat həsir döşənərdi və üstündən palaz sərilərdi. İndisə evlərə taxtadan döşəmə vururlar və yeni isitmə sistemləri evlərə qoyulduqca həsirə tələbat azaldı. “ABAD”a isə həsirdən suvenir kimi səbətlər və s. təqdim edirəm. Bununla rifahım qalxır və sənətimdə yaşanır”.

Rüfət Rzayevin əl işlərini “ABAD” satış mərkəzlərində əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar