× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İnqa Zemtsova | Region: Bakı | Fyuzinq
İnqa Zemtsova İnqa Zemtsova İnqa Zemtsova İnqa Zemtsova İnqa Zemtsova

ABADçımız İnqa Zemtsova vitraj və fyuzinq üzrə sənətkardır. Təhsili hüquqşünaslıq sahəsi olmasına baxmayaraq özünü dekorativ-tətbiqi sənətsiz heç təsəvvür etmir:

“Hər zaman rəsmlər çəkir, tikir, makrame toxuyuram, yandırma üsulu ilə ağac üzərində rəsmlə məşğul oluram. Beş il bundan öncə isə mən vitraj sənəti ilə tanış oldum və bu məni tam dəyişdi. Şüşə üzərində rəsm çəkməyə başladım. Daha sonra fortuna məni rəngli şüşə bişirilən bir emalatxanaya gətirdi. Həmin o andan bu cür avadanlığı hardan əldə edim, onu harada yığdırım kimi suallar məni rahat buraxmırdı”.

Avadanlıqları əldə edəndən sonra İnqa xanım fyuzinq texnologiyası ilə əsrarəngiz əl işləri yaratmağa başladı: müxtəlif qablar, saatlar, hətta interyerlər üçün tavanlar, qapılar, güzgülər üçün çərçivələr və s.

“ABAD”çı olaraq isə mən fyuzinq üsulü ilə hazırlanmış milli üslubda suvenirlər hazırlayıram. Hətta yaxın gələcəkdə bu sənət üzrə təlimlərə də başlamaq istəyirəm”.

Qeyd edək ki, İnqa Zemtsovanın füsunkar əl işlərini “ABAD” etno-butiklərində əldə edə bilərsiniz.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar