× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Rasim Hüseynov | Region: Gəncə | Dulusçuluq və Keramika
Rasim Hüseynov

ABADçımız rəssam Rasim Hüseynov rəngli çini qablar və keramika üzərində miniatür nümunələri yaradır. Onun əsərləri dünyanın ən məhşur muzeylərini, eləcə də bir çox zəngin şəxsi kolleksiyaları bəzəyir.

R.Hüseynovun dediyinə görə, o, bu sənəti 1982-ci ildə öz peşəsi və həyat tərzi olaraq seçib:

“Gəncədə çini qablar zavodunda işləmişəm. O zamandan bəri miniatür sənətinə böyük marağım oyanıb. O sənətin sirlərini və bütün ən kiçik nüanslarını kitablardan belə əldə etdim ”.

Keçmiş SSRİ məkanında çini qablar üzərində miniatürləri ilk təqdim edən də məhz Rasim Hüseynov olub:

“1987-ci ildə Moskvada “Muğam kompozisiyası” adlı əsərim ilə gümüş medala layiq görülmüşəm”.

Hətta 1993-cü ildə Gəncə çini qablar zavodu fəaliyyətini dayandırdıqdan sonra R.Hüseynov sənətindən öz döndərmədi, bu işi daha da təkmilləşdirdi. Beləliklə, əsasını qoyduğu çini üzərində miniatür rəssamlığı və həmçinin kobalt məmulatlar üzərində səthi qızılla işlənmiş relyefli işləmələri ilə bir sıra beynəlxalq sərgilərdə iştirak edərək sənət aləmində böyük rəğbət qazanıb:

“Artıq yarım ilə yaxındır ki, “ABAD” ailəsinin üzvüyəm. Bu qurumun çətiri altında bir sənətkar həmrəyliyi yaradılıb. Sənətimi ailə biznesinə çevirmək üçün oğluma da bu sənəti sevdirmişəm, onun üzərində çox çalışıram. İstərdim ki, Azərbaycan Mədəniyyət Günləri dünyanın hər bir yerində keçirilsin və oğlum da bu sərgilərdə ailəmizin sənətini təmsil etsin”.

Qeyd edək ki, Rasim Hüsenovun gözoxşayan əl işləri “ABAD” etno-buiklərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar