× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Cahid Cavadov | Region: Bakı | Zərgərlik
Cahid Cavadov Cahid Cavadov Cahid Cavadov Cahid Cavadov Cahid Cavadov

Cahid Cavadov “ABAD”a qoşulan cavan sənətkarlardan daha biridir.

Gənc yaşlarına baxmayaraq, artıq bir çox nailiyyətlər qazanıb:

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur, Rəssamlar İttifaqının Gənclər Birliyinin üzvü və hətta Rəssamlar İttifaqının üzvüdür.

Ailənin ilk sənətkarı olan C. Cavadov rəssamlığa, sənətə olan həvəsi 6-cı sinifdə oxuyarkən başladığını söyləyir:


“Rəsm çəkməyi sevirdim, anamın zərgərlik məmulatlarının hər bir detalına çox maraqnan baxmaq mənim hobbim idi. Beləliklə, məktəbi bitirmək üzrə olanda gələcəyimi zərgərliklə bağlayacağıma əmin idim”.

Cahid bəy ixtisasca bədii metal üzrə mütəxəssisdir. Zərgərlikdə özünə məxsus tərz və texnika ilə seçilir:


“Hələ Akademiyada oxuyarkən ən böyük arzularımdan biri o idi ki, dekorativ-tətbiqi xalq sənətin ən mühüm sahələrində olan dostlarımı, həmkarlarımı bir araya yığıb yaradıcılıq mərkəzi yaradım. Arzuma da artıq çatmışam. İçəri şəhərdə “Caharşah” adlı yaradıcılıq mərkəzinin təsis etdim və hazırda oranın rəhbəri kimi fəaliyyət göstərirəm”.


“Satışlarda da, sözsüz ki, bizə “ABAD” dəstək göstərir. Çünki onlayn satışlar elədir ki, məbləğ xırda-xırda əlivə gəlir, “ABAD”ın sayəsində isə, biz daha böyük alıcı auditoriyasına malik olduq, və məbləğlər daha böyük həcmdə ayda bir dəfə bank hesabımıza köçürülür”.

Gələcək planlarından danışan Cahid Cavadov magistr pilləsini əldə etmək üçün Almaniyaya üz tutacağını söylədi:

“ABAD” mənə mən özüm burda olmasam belə, mərkəzimin işçiləri təmin olunacaqlarına dair əminlik verir”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar