× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Günel Əlizadə | Region: Masallı | Toxuculuq
Günel Əlizadə Günel Əlizadə Günel Əlizadə Günel Əlizadə Günel Əlizadə

Masallı rayonu, Ərkivan kənd sakini Günel Əlizadə toxucudur. “ABAD” ın xidmətlərindən yararlanan sənətkar uşaq yaşlarından bu sahə ilə məşğuldur.

Anası və bacısının əlində mil və ipin “rəqsindən” ərsəyə gələn məmulatları gördükcə, bu sənətə daha da valeh olmuşdur.

Günel xanım qeyd edir:

“Toxuculuq sənəti çox böyük səbr, dəqiqlik və güc tələb edir. Amma son məhsulu əlinə götürəndə, və ya üzərinə geyinən zaman bütün o yorğunluq və stress o anda yadından çıxır. Ona görə də, məhz bu hobbimi gələcək sənətim kimi seçdim”.

ABADçının bildirdiyinə görə, əvvəllər o, məhsullarının satışını yalnız Masallı rayonundakı kiçik dükanlarda, bazarda reallaşdıra bilirdi. Lakin “ABAD” publik hüquqi şəxsin yaranması haqqında məlumat aldıqdan sonra məşğuliyyətindən daha çox gəlir əldə etmək və işini təkmilləşdirmək məqsədilə buraya müraciət etdi. Artıq onun da məhsulları “ABAD” etno-butiklərində satışa çıxarılır.

“ABAD”ın zəruri dəstəyi sayəsində hazırladığı məhsulların satışını artıran ABADçı Günel Əlizadə gələcək planlarından danışarkən öz ailə biznesini genişləndirmək barəsində düşündüyünü vurğulayıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar