× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Fəxriyyə İbrahimova | Region: Bakı | Aksesuar
Fəxriyyə İbrahimova Fəxriyyə İbrahimova

Müasir təsbehlərin yaranma tarixi eramızdan əvvəl II əsrə söykənir. O zaman din xadimlərinin əksəriyyəti savadsızlığı ilə seçilirdi və sayı bilmirdi. Duaları müəyyən say qədər oxumaq üçün onlara düyün edə biləcək iplər və yaxud dəri parçalar verilirdi. Bu məqsədlə sıralana biləcək digər müxtəlif təbii materiallardan da istifadə edilirdi: balıqqulağı, toxumlar, meyvə çəyirdəyi və s. İndiki zamanda təsbehlər əsasən muncuqdan, həmçinin şüşədən, təbii daşlardan, taxtadan hazırlanır və bir çox insanın maraq dairəsindədir.

Fəxriyyə İbrahimova təsbeh hazırlamaqda mahirdir. O, 8 ildən artıqdır ki, məhz bu işlə məşğuldur:

“Uşaqlıqdan rəsm çəkməyə, ümumiyyətlə incəsənətə böyük marağım olub. Xırda işlərdən başladım: muncuqlardan bəzək əşyaları düzəldirdim, mücrülər bəzəyirdim, şüşə qablarının üzərində rəsm çəkirdim, qətranla cürbəcür aksessuarlar hazırlayırdım. Daha sonra heykəltəraşlığın incəlik və sirlərinə də yiyələndim. Lakin zövqümü oxşayan məhz təsbehlərin hazırlanmasıdır. Təsbehlərimi təbii materiallardan hazırlayıram. Düşünürəm ki məhsullarımın özünəməxsus enerjisi var və bu insanı sakitləşdirir, gücünü artırır”.

Fəxriyyə xanımın dediyinə görə, “ABAD”a qoşulduqdan sonra onun öz şəxsi səhifəsində belə müraciətlər və müvafiq olaraq satışları artıb:

 ““ABAD”dan mənim işlərimi daha çox xarici qonaqlar əldə edir, şəxsi onlayn səhifəm üzərindən alıcılar arasında isə yerli əhali üstünlük təşkil edir. Beləliklə də, alıcılarımın sayı günü-gündən artır”.

Qeyd edək ki, Fəxriyyə İbrahimovanın əlvan əl işləri “ABAD” etno-butiklərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar