× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Yeganə Sövzalıyeva | Region: Masallı | Toxuculuq
Yeganə Sövzalıyeva
Masallı rayonu Həsənli kənd sakini Yeganə Sövzalıyeva toxucudur. “ABAD”ın dəstəklədiyi sənətkar 15 yaşından bu sahə ilə məşğuldur.

O, əvvəllər daha çox gündəlik istifadə məqsədilə toxuculuq məmulatları hazırlasa da, sonralar müxtəlif bəzək əşyaları hazırlayaraq bu işi həm də gəlir mənbəyinə çevirib.

31 ildir ki, toxucu kimi fəaliyyət göstərən Yeganə xanım qeyd edir:

“Çox gərgin əmək tələb edən bir işdir. Toxuculuq sənəti səbr, incəlik, dəqiqlik istəyir ki, əvəzində də sizə zərif, nəcib bir məhsul versin”.

Yeganə xanım öz evində müxtəlif tərtibatlarda papaq, şərf, corab, uşaq paltarları hazırlayaraq, yaşadığı kənd daxilində satışa çıxarır.

Satış həcminin az olmasına baxmayaraq o, bu işdən zövq aldığını bildirir.

Fəaliyyət göstərdiyi sahədən daha çox gəlir götürmək və işini təkmilləşdirmək məqsədilə o, “ABAD”a müraciət edib.

“ABAD”ın zəruri dəstəyi sayəsində hazırladığı məhsulların satışını artıran sənətkar artıq bu gün öz ailə biznesini genişləndirmək barədə düşünür.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar