× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Afət Mirzəyeva | Region: Sumqayıt | Rəssamlıq
Afət Mirzəyeva
“ABAD”ın dəstək göstərdiyi gənc sənətkarlardan biri Afət Mirzəyeva Sumqayıt şəhərinin sakinidir. Orta məktəbi bitirərkən ailədən ona həkim olması ilə bağlı təkliflər gəlsə də, o özünün əl qabiliyyətinə güvənərək, sənətkarlıq, daha dəqiq desək qrafik rəssamlıq sahəsini seçir.

Bu məqsədlə o, özünü daha da təkmilləşdirərək, dizaynerlik ixtisası üzrə təhsil alır.

Təhsil aldığı müddətdə qrafik rəsm əsərlərinə daha çox maraq göstərən Afət xanım rəssamlığım bu sahəsini daha dərindən araşdırır və əl işlərini bu istiqamətdə hazırlayır.

Daim axtarışda olan sənətkar qrafik rəssamlıq sahəsində yeni bir istiqamət olan abstrak rəssamlığın stilizə olunmuş heyvanlar növünə maraq göstərməyə başlayır.

Hazırda bu sahə üzrə işlərini davam etdirən Afət Mirzəyeva müxtəlif yağlı boyalardan istifadə etməklə kətan və kağız üzərində abstrakt kompozisiyalar hazırlayır.

Onun “ABAD” layihəsinə qoşulmaqda əsas məqsədi isə əl işlərinin satışını daha da artırmaq və yeni dizaynlar əsasında əl işlərinin çeşidini genişləndirməkdir

Bir-birindən gözəl əl işləri ilə öz biznesini genişləndirən Afət xanım “ABAD”ın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Onun əl işləri “ABAD” sənətkarlıq mərkəzinlərində satışdadır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar