Nağıyevlər ailəsinin məhsulları artıq satışda

04.04.2017
Nağıyevlər ailəsinin məhsulları artıq satışda

“ABAD”ın dəstək göstərdiyi Gəncə şəhər sakinləri Nağıyev ailəsinin əl işləri satışa çıxarılıb.

Ailənin nümayəndəsi Nağı Nağıyev uzun illərdir ki, keramika sənəti ilə məşğuldur. O, öz əl işlərində dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alır.

Təqdim olunan əl işləri orta əsrlərə aid miniatür naxışlara bəzədilib.

Gəncədən olan sənətkarın zərif əl işlərini “ABAD” sənətkarlıq mərkəzlərindən əldə etmək olar.

 

 


© 2017 “ABAD” publik hüquqi şəxs