× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Sevinc Bayramova | Region: Şəki | Milli örtüklər
Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova Sevinc Bayramova

Bakı şəhərində dünyaya gələn Sevinc Bayramova ali təhsillidir və ziyalı bir müəllim ailəsində böyüyüb. Uşaqlıqdan milli dəyərlərə hörmət ruhunda tərbiyə alan Sevinc Bayramovanın yaradıcılıq yolunda ən böyük ilham mənbəyi ailəsi, xüsusilə də anası olub:

“Valideynlərim hər zaman mənə dəstək olublar. Kəlağayı istehsalına başlamamın əsas səbəbi də anamdır. Ailəmizdə nənəmdən qalma qədim kəlağayılar qorunub saxlanılırdı. Məhz bu nümunələr məni qədim ornamentləri araşdırmağa və onları müasir formada yenidən canlandırmağa sövq etdi. Bu gün qızım Samirə də mənə bu yolda kömək edir və fəaliyyətimizi ailə işi kimi davam etdiririk.”

Hazırda Sevinc Bayramova ipək şərflər və kəlağayıların istehsalı ilə məşğuldur. Onun təsis etdiyi “Süsən” brendi milli irsimizin mühüm elementlərindən olan kəlağayını müasir dizaynla birləşdirərək yenidən təqdim edir:

“ “Süsən” brendi altında biz təkcə müasir kəlağayılar istehsal etmirik, eyni zamanda onların qədim motivlərini qoruyaraq yeni formatda təqdim edirik. Əsas məqsədimiz milli irsi yaşatmaq və onu müasir dövrün tələblərinə uyğun şəkildə tanıtmaqdır.”

S. Bayramova bu sahədə artıq 3 ildir fəaliyyət göstərir. İlk mərhələdə kəlağayı nümunələrinin araşdırılması və istehsal prosesinin öyrənilməsi ilə işə başlayıb. Zaman keçdikcə məhsullara olan maraq artıb və bu maraq fəaliyyətin brend səviyyəsində formalaşmasına zəmin yaradıb.

Bu ideya Sevinc Bayramovanın ailə dəyərləri və peşə təcrübəsindən qaynaqlanır. Turizm sahəsində çalışdığı illərdə Azərbaycanın müxtəlif bölgələrini yaxından tanımaq imkanı əldə edən Sevinc Bayramova kəlağayı istehsalı ilə məşhur olan Şəki şəhərinə xüsusi maraq göstərib və istehsalatını məhz burada qurmaq qərarına gəlib.

“ABAD”a qoşulmadan öncə məhsullar fərdi sifarişlər, sərgilər və sosial şəbəkələr vasitəsilə satılırdı. “ABAD”çı olduqdan sonra isə satış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək “Süsən” brendinin daha geniş auditoriyada tanınmasına şərait yaradıb:

“Hazırda Şəkidə “Süsən” brendinə məxsus istehsalat sahəsi, həmçinin muzey kimi də fəaliyyət göstərir. Ziyarətçilər burada keçirilən master-klasslarda iştirak edərək öz unikal kəlağayılarını yarada bilirlər. Gələcək planlara istehsalın artırılması, yeni kolleksiyaların yaradılması və “Süsən” brendinin həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda Azərbaycan kəlağayısını layiqincə təmsil etməsi daxildir.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar