ABADçı: Rüfət Musaxanlı | Region: Bakı | Zərgərlik
Rüfət Musaxanlı 1975-ci ildə Bakı şəhərində anadan olub. Zərgərlik sənəti onun ailəsində nəsildən-nəslə ötürülən bir peşədir. Atası və babası da zərgər kimi fəaliyyət göstərib və bu mühitdə böyüməsi Rüfət bəydə sənətə erkən yaşlardan maraq yaradıb. Uşaqlıq illərindən etibarən atasının iş prosesini izləməsi onun gələcək peşə seçimində həlledici rol oynayıb.
Rüfət Musaxanlı Tətbiqi Elmlər Kollecini zərgər-rəssam ixtisası üzrə bitirib. Artıq 30 ilə yaxındır ki, o, bu sahədə peşəkar fəaliyyət göstərir. Ustanın əl işləri klassik zərgərlik ənənələrinə əsaslanmaqla yanaşı, incə zövq və yüksək sənətkarlıq nümunəsi kimi seçilir.
Təxminən 3 ildir ki, Rüfət Musaxanlı "ABAD" ilə əməkdaşlıq edir. "ABAD"ın göstərdiyi dəstək sayəsində sənətkar öz əl işlərini daha geniş auditoriyaya təqdim etmək, satış imkanlarını artırmaq və yaradıcılıq fəaliyyətini davamlı şəkildə inkişaf etdirmək imkanı əldə edib. Bu əməkdaşlıq milli zərgərlik sənətinin qorunması və müasir dövrdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.