Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Şəki şəhərində keçirilən yaz düşərgəsi çərçivəsində “ABAD” publik hüquqi şəxs tərəfindən ustad dərsləri təşkil olunub.
40 nəfər şəhid övladını əhatə edən düşərgə iştirakçıları
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilən ustad dərslərində
iştirak ediblər. “ABAD” sənətkarları tərəfindən keçirilən dərslərdə uşaqlar
dulusçuluq, toxuculuq və keramika sənəti ilə yaxından tanış olub, müxtəlif əl
işləri hazırlayaraq yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.
Ustad dərsləri şəhid övladları tərəfindən maraqla qarşılanıb.