Lənkəran şəhərində keçirilən 5-ci “YAŞAT” düşərgəsi çərçivəsində “ABAD” publik hüquqi şəxsin sənətkarları tərəfindən şəhid övladları üçün müxtəlif istiqamətlər üzrə ustad dərsləri təşkil olunub.7 həftəni əhatə edən proqram çərçivəsində “ABAD”ın sənətkarları tərəfindən dekorativ-tətbiqi sənət, dulusçuluq, rəngkarlıq, ebru sənəti və digər yaradıcılıq istiqamətləri üzrə interaktiv ustad dərsləri müntəzəm olaraq təşkil olunub. Uşaqlar bu məşğələlərdə müxtəlif əl işləri hazırlayaraq yaradıcılıq bacarıqlarını inkişaf etdirib, milli sənət nümunələri ilə yaxından tanış olub və asudə vaxtlarını səmərəli keçiriblər.Qeyd edək ki, 5-ci “YAŞAT” düşərgəsi “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” hotelinin tərəfdaşlığı ilə təşkil olunub.