× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
“ABAD” publik hüquqi şəxsin yaradılmasının 10 illiyi qeyd olunub.
23.09.2026
“ABAD” publik hüquqi şəxsin yaradılmasının 10 illiyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ABAD”ın 10 illik fəaliyyəti ərzində ailə bizneslərinin inkişafı, məşğulluğun artırılması və yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əldə olunan nəticələri qeyd edib, qurumun əməkdaşlarını yubiley münasibətilə təbrik edib.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun 10 illik fəaliyyətinin nəticələri ilə bağlı çıxış edib. Bildirilib ki, 2016-cı ildə Masallıda pilot layihə kimi fəaliyyətə başlayan “ABAD” ötən müddət ərzində 723 ailə biznesinə dəstək göstərib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir.

“ABAD”çıların istehsal etdiyi məhsulların satış həcmi 20 milyon manata çatıb.

“İdeyadan rəflərə” prinsipi ilə fəaliyyət göstərən “ABAD” ailə bizneslərinə biznes-planlaşdırma, brendinq və dizayn, hüquqi və mühasibat dəstəyi, sertifikatlaşdırma, logistika və satışın təşkili üzrə kompleks xidmətlər göstərir.

Ötən 10 il ərzində “ABAD” məhsullarının satış imkanları da genişləndirilib. Məhsullar “ABAD” etno-butikləri ilə yanaşı, müxtəlif supermarket şəbəkələrində və onlayn platformalarda istehlakçılara təqdim olunur. Eyni zamanda yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində mikro və kiçik sahibkarların inkişafına, milli sənətkarlıq ənənələrinin qorunmasına və yeni məhsulların bazara çıxarılmasına yönəlmiş layihələr həyata keçirilib.

Tədbir çərçivəsində “ABAD”ın 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, xidməti fəaliyyətində fərqlənən əməkdaşlar, eləcə də fəaliyyəti və uğurları ilə seçilən “ABAD”çılar təltif ediliblər.

“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurum ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionlarda sahibkarlığın təşviqi və yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. 

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar