× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Azərbaycan və Türkiyə birinci xanımları “ABAD” etno-butikində

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar. Qoruğda olan birinci xanımlar həmçinin burada fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin etno-butikinə təşrif buyurublar.Əminə Ərdoğan və Mehriban Əliyevanın diqqətlərinə çatdırılıb ki, “ABAD” etno-butiki tarixi Hacı Bani hamamında yerləşir. Hamam XV əsrin abidəsidir. 2017-ci ildə burada TİKA, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə təmir-bərpa işləri aparıldıqdan sonra elə həmin ilin 18 mart tarixində “ABAD”ın ilk etno-butiki fəaliyyətə başlayıb.Etno-butikdə “ABAD”çılar tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında hazırlanmış suvenir, mebel və qida məhsulları satışa çıxarılır. Qeyd edilib ki, hazırda 560-dan çox sənətkarın on minlərlə məhsulu burada təqdim olunur.Sonda hər iki xanıma sənətkar-“ABAD”çıların adından əl işi milli suvenirlər hədiyyə edilib.Görüşdən sonra, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan “ABAD” haqqında bu sözləri qeyd edib:“TİKA”nın desteğiyle faaliyete geçirilen Aile Hazinesi’ne Akan Destek Merkezi’ni (ABAD) inceleyerek, yetkililerden bilgi aldım.Proje ile Azerbaycan’da geleneksel el sanatları yaşatılıyor, dünyaya tanıtılıyor ve aile ekonomisine katkı sağlanıyor.Emek emek işlenmiş eserlerin her birine hayranlık duymamak elde değil. Hem ülkenin hem de Türk kültürünün markalaşması adına bu projeyi hayata geçiren herkesi gönülden tebrik ediyorum.”


“ABAD” Yasamal rayonu sahibkarları ilə görüş keçirdi

13 aprel 2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında “ABAD” publik hüquqi şəxsin sahibkarlarla görüşü baş tutdu. Görüşdə “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və RİH başçısının I müavini Hüseyn Əfəndiyev iştirak ediblər.Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayaraq, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat verdi. Hüseyn Əfəndiyev həmçinin “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açdı.Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABAD”ın fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. Bundan başqa o, görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında sahibkarlara məlumat verib.Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar