× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

"ABAD" Keramika Simpoziumuna dair media-tur təşkil etdi

May ayının 25-i “ABAD” publik hüquqi şəxs tərəfindən və "Paşa Holdinq"in dəstəyi ilə Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində hazırda keçirilən “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziumun iştirakçıları və ümumi iş prosesi ilə yaxından tanışlıq məqsədi ilə media nümayəndələri üçün press-tur təşkil olunub.Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin kordinatoru Mir Teymur Məmmədov media nümayəndələrinə Simpoziumun məqsədi və beynəlxalq iştirakçılar barədə ətraflı məlumat verib.Qeyd olunub ki, Simpoziumun açılışı may ayının 21-i baş tutub və tədbirdən dərhal sonra sənətkarlar müxtəlif formalı keramika nümunələri üzərində çalışmağa başlayıblar:“Burada iştirak edən keramistlər öz peşələrində üzrə kifayət qədər öz sözünü demiş sənətkarlardır. 14 xarici ölkədən olan 22 iştirakçı Keramika mərkəzində iki həftə ərzində birgə çalışacaqlar. Simpoziumun keçirilməsində məqsəd təcrübə mübadiləsi aparmaq, keramika sənətinin müasir sahələri ilə tanış olmaq, Azərbaycanı Sənətkarlar diyarı kimi təqdim etmək, qədim Şəkidə digər sənətlərdən başqa keramikanın da inkişafı barəsində dünyaya səs salmaqdır”.Sonra media nümayəndələri iştirakçılarla daha yaxından tanış olaraq, onların sənətləri barəsində,  tədbir və burada yaradılmış şərait haqqında geniş müsahibələr alıblar.Media-tur Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunmuş “Raku Keramika” şousu ilə başa çatıb.Qeyd edək ki, adıçəkilən Simpozium iyun ayının 2-nə kimi davam edəcək.


“ABAD” və Şəki Regional Elmi Mərkəzi arasında Memorandum imzalandı

1 aprel 2019-cu il tarixində “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru Yusif Şükürlü arasında imzalanıb. Tədbirdə çıxış edən “ABAD”ın direktoru Rüfət Elçiyev iki qurum arasında imzalanan Memorandumun Azərbaycanda mikro kiçik və orta sahibkarların, əsasən də kənd təsərrüfatı və aidiyyəti üzrə müxtəlif peşələrə sahiblənmək istəyən yerli əhalinin, ümumilikdə isə regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını vurğulayıb.  Daha sonra ŞREM-in direktoru çıxış edərək bu Memorandum vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda sənaye və kənd təsərrüfatının daha da inkişaf edəcəyini, elmin qabaqcıl nailiyyətlərini istehsalatda tətbiq etməklə səmərəliliyin artacacağını bildirib. Qeyd edilib ki, memoranduma əsasən, ŞREM Şəki “ABAD” Regional Mərkəzə müraciət edənlər üçün aşağıda qeyd olunan sahələr üzrə təlimçiləri cəlb edəcək: İpəkçilik; Tütünçülük; Bağçılıq; Logistika və texnologiya. Təlim zamanı iştrakçılara metodik təlimatlardan başqa bağçılıq alətlərindən istifadə qaydalarına dair təlim keçiriləcək, laboratoriya ilə təmin olunacaq. ŞREM ərazisi daxilində yerləşən xüsusi əkin zonasında praktiki təlimlərin keçirilməsi, habelə ipəkçilik üzrə təlim alanlar üçün ipək qurdlarına düzgün qulluq qaydaları üzrə tətbiqi kursların təşkili nəzərdə tutulub. Təlimləri uğurla başa vuran iştrakçılara sertifikatlar təqdim ediləcək və ən yüksək nəticələrə sahib olanlar isə növbəti təlimlərdə təlimçi qismində çıxış etmək imkanı qazanacaqlar.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar