Bizi birləşdirən mədəni əlaqələr
“ABAD” publik hüquqi şəxs və Yaponiyanın Azərbaycan
Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiyalı sənətkar
Takahaşi Maminin ənənəvi sənət texnikaları üzrə ustad dərsləri keçiriləcək.Master-klas
Kintsugi və Mokuhanga sənətlərinin nümayişini özündə əks etdirəcək. Kintsugi
sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək
birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Dərin fəlsəfi
anlam daşıyan sənət növü qüsurların mükəmməlliyini kəşf etmək, qırılmanın əslində
bir son deyil, yenidən mövcud olma, yeni həyata bir başlanğıc ola biləcəyini
göstərir.Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı
xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur
yapon qravür sənəti “Ukiyo”-nun da əsasında duran incəsənət növüdür. Qərb
dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan
deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi
vardır.Ustad dərsləri “ABAD”çılar və digər həvəskarlar üçün 17
noyabr 2023-cü il, saat 19:00-da, 7 Saylı Bakı “ASAN Xidmət” Mərkəzinin
Konfrans Zalında baş tutacaq. Qeyd edək ki, iştirak üçün onlayn qeydiyyat mütləqdir.
Qeydiyyat üçün bu linkə müraciət ediə bilərsiniz.