× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İntiqam Dadaşov | Region: Qəbələ | Qənnadı
İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov İntiqam Dadaşov

Doğma diyarımızın qədim tarixə malik olan kəndlərindən biri Qəbələnin Həmzəlli kəndidir. Kəndin adı, tarixi ilə bağlı bir çox rəvayətlər mövcuddur. Ərazicə kiçik olan bu kənd bütün regiona özünəməxsus şirniyyat mətbəxi – qoz halvaları ilə məşhurdur.

Kənd sakini İntiqam Dadaşov “ABAD” üçün elə məhz halva istehsal edir. Brendləşmiş bu halva kəndin adı – “Həmzəlli” adı ilə markalaşıb satışa çıxarılır.

“Halvanın resepti bizim ailədə nəsildən nəsilə ötürülür. Babam, atam halvaçı olub. Onlardan öyrəndiyim, təşəbbüsləri ilə yiyələndiyim və 40 ildir ki, hazırladığım bu xüsusi reseptəin sirlərinə övladlarımı da həsr etmişəm. Hər zaman heyifslənirdim ki, bizim halva öz xüsusiyyətləri ilə heç də arxada qalmadığı, hətta bir çox məqamlarda üstələdiyi zaman məmləkətimizdə belə çox da tanınmır. Halva deyərkən hamı ya Şəki, ya Quba halvasını bilir. Həmzəlli halvasını dünyaya tanıtmaq üçün, belə deyim, yerli bazardan böyüməsi üçün “ABAD”a müraciət etmək fikrinə düşdük. Düşünürəm rayon bazarında olan tələbat, ələlxüsus da Novruz bayramları ərəfəsində, bütün respublikanı əhatə edəcək. “ABAD” da mədəniyyətimizə və bir çox sahəyə töhfə verən bir qurum kimi "Həmzəlli" halvasını populyarlaşdırmağı öz üzərinə götürdü”.

İ. Dadaşovun dediyinə görə, “ABAD”ın qapısını döyənə kimi “ABAD” ona əlçatmaz olacağını düşünüb, lakin tam əksi baş verdi:

“Çox sağolsun “ABAD” komandası, ilk görüşdən sonuna kimi tam dəstək verdilər, mütəxəssislər tərəfindən düzgün istiqamət və doğru məsləhətlər aldım. Artıq hazırladığım halva çeşidləri ölkə ürə satışa çıxır. Böyük “ABAD” ailəsində kiçik “ABAD"çı olduğumla fəxr edirəm”.

“Həmzəlli” halvasının hazırda 3 çeşidi satışa çıxarılır: qozlu, küncütlü, fındıqlı. Gələcək planlarından bəhs edən İntiqam Dadaşov ilk növbədə çeşidlərin sayını artırmaq, reseptə çərəzlərlə bərabər quru meyvələr əlavə etmək fikiləri ilə bölüşdü.

“Daha sonra bu məhsulu İtaliyada "Wine & Cheese" məhsulu olduğu kimi biz də yerli çaxırla bərabər "Wine & Halva" konsepsiyası üzrə yerli və xarici turistlərə təqdim etmək istərdik. Dondurma istehsalat sahələri ilə müştərək işləyər xüsusi halvalı dondurma istehsalatını da düşünürük”.

Qeyd edək ki, “Həmzəlli” halvası “ABAD” Bakaleya və stendlərində təqdim olunur.  

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar