× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Vilayət Məmmədov | Region: Bakı | İçkilər
Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov Vilayət Məmmədov

Şərabçılıq tarixən milli təsərrüfatın inkişafında mühüm rol oynayaraq aparıcı sahələrdən biri olub. Ümumiyyətlə, yerli şərablar gözəl, təkrarolunmaz ətri, keyfiyyəti ilə hər zaman seçilib. Buna görə də, şərabçılıq Azərbaycanda yeyinti sənayesinin ən mühüm sahələrindən biri sayılaraq böyük əhəmiyyət daşıyır.

“ABAD”çı Vilayət Məmmədov da şərabçıdır. O, atasından miras qalan bu məşğuliyyəti təqaüdə çıxandan sonra öz biznesinə çevirə bilib. V.Məmmədovun uşaq illəri Qazax rayonunda keçib. Atası mühasib olmağından başqa şəxsi təsərrüfatında şərab çəkib, hətta şərabını ixrac edib.

“ABAD”çımız ixtisasca neft mühəndisidir və həyatının böyük hissəsini bu sahəyə həsr edib. 10 ildən çox Rusiyanın ən böyük adası olan Saxalində neft mütəxəssisi kimi çalışıb.

“Təqaüdə çıxandan sonra boş vaxtımın səmərəli keçməsi üçün şərabçılığın sirlərinin və həmçinin keyfiyyətli və baş ağrısı verməyən meyvə araqlarının axtarışında idim.  Bu zaman bir dostum mənə ev şəraitində hazırlanmış meyvə arağı hədiyyə etdi. Ümumiyyətlə, Azərbaycanda bir çox rayonlarda ev şəraitində meyvə araqları hazırlanır. Lakin, onlar xüsusi filtrlərdən süzülmədiyi üçün tərkiblərində sivuş yağları çoxdur və bu insan sağlamlığı üçün zərərlidir və təhlükəli ola bilər. Mənə verilmiş meyvə araqlarını təmizləmək üçün özüm araşdırıb nano filterlər əldə etdim və onları həmin filtrlərlə təmizləməyə başladım və gözəl nəticə aldım. Sonra özüm və dostlarım üçün meyvə araqları hazırlamağa başladım. İçənlər çox bəyənirdi və bir çox insan bu içkiləri satışa çıxarmağımı tövsiyyə etdi.

2016-cı ildən meyvə araqlarının istehsalına başlamışam. 2017-ci ildən artıq məhsullarım satışa çıxmışdır. İlk olaraq, “V45” adı  ilə heyva, nar, albalı və moruq araqlarının istehsalı ilə başladım. Sonra mədrəsə üzümündən qırmızı turş şərab hazırladım”.

“ABAD”dan öncə Vilayət Məmmədov öz məhsullarını böyük market şəbəkəsində və həmçinin Rüsumsuz Ticarət Mağazalarında satışa çıxarmışdı:

“Daha sonra xaricə ixrac etmək yollarını araşdırmağa başladım və Azərbaycan məhsullarının xaricdə satışını təşkil edən təşkilatlara əlaqə qurdum. Həmin təşkilatlarla danışıqlar zamanı mənə “ABAD”dan bəhs etdilər. Qoşulduqdan sonra bazar əhatəm də genişləndi, ixrac da reallaşdırıldı. Artıq “AVEY” brendi altında şərab, meyvə araqları, qrappalar, şnapslar, petnatlar və s. kimi məhsullarım satışa çıxarılaraq rəğbətini qazanır.

Hazırda da daimi olaraq araşdırmalar aparıram və daha keyfiyyətli, daha ləzzətli içkilərin hazırlanmasıdır hədəfim. Əlavə olaraq, içkilərin çeşidlərini artırmaq, istehsal həcmini böyütmək və xarici ölkələrdə də Azərbaycan markasını tanıtmaqdır”. 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar