× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Fidan Əlisoy | Region: Bakı | Dizayn və dekor
Fidan Əlisoy

Qəbələ rayonu Xırxatala kəndində böyüyüb boya-başa çatan Fidan Əlisoy təhsilini tarix üzrə alıb. Xüsusi fərqlənmə qruplarında təhsil alan Fidan xanım daha sonra təhsilini magistr dərəcəsi üzrə Dövlət İqtisad Univeristeti Biznesin İdarə Edilməsi (MBA) fakültəsində davam etdirib.

Onun sözlərinə görə əl işlərinə olan həvəsi və marağı ailədən gələn bir ənənə deyil. Atası mühəndis, anası müəllimə olan Fidan xanım aromaterapiya və dekorativ şam istehsalı sahəsi üzrə fəaliyyət göstərir. O, həmçinin, bu sahə üzrə masterklass və kurslar da təşkil edir.

“ABAD”a qoşulmamışdan öncə Fidan Əlisoy öz əl işlərini daha çox onlayn satış vasitəsilə realizə edirdi: “ 10 aydır ki, bu biznesi qurmuşam. Əvvəllər hobbi kimi məşğul olurdum. İlk dəfə özüm üçün hazırlamışdım. Tələbat çox olduqda satmağa qərar verdim və ilk iş brendə ad seçmək oldu. Daha sonra biznes plan hazırladım və bunun əsasında işə başladım”.

Daim öz üzərində işləyən Fidan Əlisoy biznesini genişləndirmək məqsədi ilə keramik qablar və diffuzer istehsalında da özünü sınamaq istəyir. Hədəfi daha böyük bazara çıxmaq və öz məhsullarını tanıtmaqdır.

Qeyd edək ki, F.Əlisoyun əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar