× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Ruslan Hüseynov | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Ruslan Hüseynov
“ABAD” sosial layihəsinin əsas məqsədlərindən biri də gənc sənətkarlara dəstək vermək, onların uğurlu fəaliyyətlərini işıqlandırmaqdır. Bakı şəhər sakini Ruslan Hüseynov orta məktəbi bitirdikdən sonra dekorativ-tətbiqi xalq sənəti üzrə təhsil alır.

Öyrəndiyi sənətkarlıq növlərinin qədim nümunələrini toplamağa böyük maraq göstərən Ruslan mütəmadi şəkildə Azərbaycanın müxtəlif regionlarına səfər edir.

Bu səfərlərdə onun məqsədi tarixi regionlarımızdakı yaşayış məskənlərini tanımaq, əsasən də indiyədək evlərdə saxlanılan qədim tətbiqi xalq sənətkarlığı nümunələrini şəxsi kolleksiyasında birləşdirmək olur.

Beləliklə də, o, müxtəlif xalçalar, təkəlduz, güləbətin kimi sənət nümunələrinini toplamağı bacarır. Hazırda onun sayı 3500-dən çox olan eksponatı var.

Onun əsas məqsədi bu kimi gerçək nümunələr əsasında hazırlanmış, mədəniyyətimizi olduğu kimi, heç bir təhrifə uğramadan əks etdirən suvenir və bəzək əşyaları hazırlamaqdır.

Öz brendini yaratmağı və bu sahədə irəliləməyi qarşısına məqsəd qoyan Ruslanın əsas çətinliyi isə satış bazarının genişləndirilməsi ilə bağlı olub.

“ABAD”a qoşulanadək müxtəlif vasitələrlə öz əl işlərinin satışını təmin etməyə çalışan Ruslan bu sosial layihənin ona böyük uğur gətirəcəyinə inanır.

Sənətkarın nəfis əl işlərinin satışı “ABAD” sənətkarlıq mərkəzlərində həyata keçirilir.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar