× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Mehriban Sadıqova | Region: Bakı | Zərgərlik
Mehriban Sadıqova
“ABAD” tərəfindən satışların təşkili istiqamətində dəstək göstərilən sənətkarlardan biri də Bakı şəhər sakini Mehriban Sadıqovadır. 10 ildir mis və gümüşdən müxtəlif bəzək əşyaları hazırlayan Mehriban xanım qeyd edir ki, zərgər mütləq rəssamlıq qabiliyyətinə malik olmalıdır.

“ABAD”ın Azərbaycanda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə dəstəyini yüksək qiymətləndirən Mehriban Sadıqova bildirir ki, ilk dəfə qarşılaşdığı şəbəkə naxışlı üzüyün gözəlliyi onu bu sahəyə cəlb edib:

“Hazırladığım əl işlərinin dizaynını özüm tərtib edirəm. Təqdim etdiyim məhsullar şəbəkə texnikasına əsaslanır. Milli mədəniyyətimizi özündə əks etdirən bu suvenirlər bir çox ölkələrdə sərgilərdə təqdim olunub”.

Mehriban xanımın mis və gümüşdən hazırlanmış müxtəlif milli çalarlı bəzək əşyaları bu gün “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.

Onun əl işləri həm turistlər, həm də yerli sakinlər tərəfindən böyük maraqla qarşılanır.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar