× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Şəhid övladları Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət ediblər
14.10.2024
Şəhid övladları Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə ekskursiyası təşkil edilib. 

Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyıb. 

Tədbirdə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edib. 

Qonaqlara məlumat verilib ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 29 oktyabr 2018-ci ildə Şəkiyə səfərləri çərçivəsində baş tutub. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənətinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərir.

Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Diqqətə çatdırılıb ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir. 

Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış olublar. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil olunub. 

Səfər şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb. Uşaqlara "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi tərəfindən hədiyyələr təqdim edilib.
Ekskursiyanın ardından şəhid övladları yaxınlıqda yerləşən Şəki Xan Sarayını da ziyarət ediblər.
ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar