× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfiri “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub

14 aprel 2017-cil tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa “ABAD” publik hüquqi şəxs tərəfindən yaradılmış sənətkarlıq mərkəzi haqqında məlumat verib. O bildirib ki, mərkəz “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulub. İnam Kərimov qeyd edib ki, sənətkarlıq mərkəzində Azərbaycanın müxtəlif regionlarından olan sənətkarların əl işlərinin sərgi-satışı təşkil olunub. Bildirilib ki, fəaliyyətə başladığı ilk gündən böyük turist axını ilə qarşılaşmış mərkəzdə təqdim olunan milli suvenirlərinin hər birinin üzərində onu hazırlayan ailə haqqında məlumat verilir. Bundan başqa, quraşdırılmış monitorlarda həmin əl işlərinin hazırlanma prosesi əks olunur. Səfir Erkan Özoral “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətini müsbət qiymətləndirərək, fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə səfir Erkan Özorala, həmçinin “TİKA”nın Bakı proqram koordinatoru Adəm Urfaya “ABAD”a qoşulmuş sənətkarların hazırladıqları milli suvenirlər təqdim olunub.


“ABAD” sağlamlıq imkanları məhdud insanlara dəstək göstərəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə qeyd olunan gənclərin peşə reabilitasiyasının təşkili üçün yaradılmış şəraitlə, onlara göstərilən xidmətlərlə, peşə təlimlərinin keçirildiyi sinif otaqları və emalatxanalarla, peşə reabilitasiyasına cəlb olunmuş gənclərin əl işləri ilə tanış olublar. Tanışlıq zamanı sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin cəmiyyətə təqdim olunması və satışının təşkilinə köməklik göstərilməsində, bununla həmin gənclərin öz əməkləri ilə gəlir əldə etmələrinə şərait yaradılmasında “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunmasına dair fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərin bir istiqaməti də ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına geniş şərait yaradılmasıdır. Dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması və 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasını şərtləndirib: “Özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında başa çatdırılaraq, onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatına başlanıb. 01 aprel 2017-ci il tarixə artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaları üçün aktivlərlə təmin olunub”. Nazir bildirib ki, verilmiş aktivlər hesabına yaradılmış ailə təsərrüfatları əsasən istehsalyönümlü fəaliyyət üçün nəzərdə tutulublar: “Həmin insanların bu sahədə fəaliyyətlərinin inkişaf etdirilməsində, istehsal etdikləri məhsulun sertifikatlaşdırılması və satışının təşkilində, həmçinin peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satışına dəstək verilməsində və s. işlərdə “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunması məqsədəuyğundur”. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” mərkəzlərinin sosialyönümlü layihələrinin icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın xüsusi önəmini diqqətə çatdırıb. İ.Kərimov həmçinin özünüməşğulluq proqramı çərçivəsində yaradılan istehsalyönümlü ailə təsərrüfatlarının inkişafında, aztəminatlı ailələrin biznes imkanlarının genişləndirilməsində “ABAD” mərkəzləri tərəfindən dəstək veriləcəyini, digər bir sıra sahələrdə nəzərdə tutulan əməkdaşlığın da sosial sahədə vacib məqsədlərə nail olunmasına hesablandığını qeyd edib. Daha sonra Səlim Müslümov və İnam Kərimov “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzlərinin fəaliyyətində qarşılıqlı əməkdaşlığa dair Memorandumu imzalayblar. Memorandumda əməkdaşlıq istiqamətlərindən biri kimi özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaradılmış fərdi təsərrüfatların istehsalyönümlü fəaliyyətlərinin inkişaf etdirilməsi məqsədilə “ABAD” mərkəzləri tərəfindən müqavilələr əsasında müasir texnoloji istehsal avadanlıqlarının təqdim edilməsi, brendinq, dizayn, maliyyə-mühasibatlıq və hüquqi yardım xidmətlərinin göstərilməsi, bu təsərrüfatlarda istehsal olunan məhsulun sertifikatlaşdırılması, daşınması və satışının təşkilinə dəstəyin göstərilməsi yer alıb.


“ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başladı

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılmışdır.   “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilmişdir. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulmuş mərkəzdə ilkin mərhələdə “ABAD” sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılacaqdır. Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. “ABAD” bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlb edilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilə təchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasında UNDP maliyyə dəstəyi göstərmişdir. 2016-cı ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ABAD” arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən, SOCAR Balakəndə növbəti “ABAD” mərkəzinin yaradılmasına və 12 ailənin zəruri istehsal avadanlıqları, o cümlədən istehsal konteynerləri ilə təmin olunmasına dəstək göstərəcəkdir.


SOCAR Azərbaycanda ailə biznesinə dəstək göstərəcək

21 oktyabr 2016 –cı il Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzinin fəaliyətində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, əməkdaşlıq çərçivəsində “ABAD” mərkəzi tərəfindən həyata keçirilən layihələrə maddi-texniki dəstək, innovasiyaların tətbiqi və investisiyaların cəlb edilməsi istiqamətində SOCAR ilə qarşılıqlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İnam Kərimov eyni zamanda qeyd edib ki, Azərbaycanın iki milli brendi – SOCAR və “ASAN xidmət”-in əməkdaşlığı üçüncü milli brendin – “ABAD”-ın tezliklə təşəkkül tapmasına və inkişafına öz əvəzsiz tövhəsini verəcək. Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, memorandumun imzalanması ilə SOCAR-ın neft və qaz sənayesində əldə etdiyi gəlirləri ölkənin qeyri-neft sektoruna və kiçik biznesin inkişafına yönəltmək niyyətində olduğunu bildirib. SOCAR prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkənin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq.


Prezident İlham Əliyev “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb

23 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılıb. Fərmana əsasən yaradılan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərəcək. 


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar