× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhsulları Laçında nümayiş olunub

26 avqust – Laçın şəhəri günüdür. Bu münasibətlə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən bayram şənliyi təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şənliklərdə iştirak ediblər. Tədbirdə “Laçın mənzərələri” adlı rəsm sərgisi, həmçinin Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində hazırlanmış məhsullardan və müxtəlif digər sənətkarların şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər növlərinin də daxil olduğu incəsənət sərgisi açılıb.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər. Qeyd edək ki, Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi "TİKA" və "PAŞA Holding"in dəstəyi ilə 2018-2019-cu illərdə inşa edilərək istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır.


Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə infotur təşkil edildi

27.07.2023-cü il tarixdə Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə infotur təşkil edildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı, rayonun təhsil müəssisələrinin rəhbərləri, rayon sakinləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.Mərkəzin direktoru Aytən Həsənova bildirdi ki, 2018-2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ("TİKA") tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, ümumbəşəri dəyərlərin təbliği, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır. Qeyd olundu ki, mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərini ərsəyə gəlməsinə dəstək verir.Hazırda Mərkəzdə rayon sakinləri daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır. Daha sonra direktor qonaqları mərkəzin fəaliyyəti ilə daha yaxından tanış etdi və sənətkarlıq nümunələrinin ərsəyə gəlməsində vacib olan mərhələləri əyani şəkildə izah etdi.


“ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib

16 iyun 2023-cü il tarixində “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərim” sərgisi baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ictimaiyyət nümayəndələri iştirak ediblər.Qonaqlar Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən, ölkəmizin tərəqqisi, çiçəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıblar.  

Sonra ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. 
Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq.Tədbir çərçivəsində Mərkəzin birinci mərtəbəsində yerləşən və  “ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün  xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran,  yay üçün açıq terras təşkil olunacaq.Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar