× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD”ın əməkdaşı Hindistanda təlimdə iştirak edib

 “ABAD” publik hüquqi şəxsin əməkdaşları mütəmadi olaraq öz potensiallarını, bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif yerli və beynəlxalq təlim proqramlarında iştirak edir. Bu günədək, əməkdaşlarımız Çin, Yaponiya, Şimali İrlandiya Birləşmiş Krallığı, Xorvatiya, Bolqarıstan, Portuqaliya, Mərakeş, İtaliya və s. kimi ölkələrdə keçirilən müxtəlif təlim proqramları və seminarlarda iştirak ediblər. Növbəti belə bir təhsil səfəri “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq” (ITEC) proqramı çərçivəsində Hindistanın Noida şəhərində yerləşən Jaipura İdarəçilik İnstitutuna baş tutub. “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin layihə meneceri Rəşad Mütəlibov 9-27 yanvar 2023-cü il tarixlərində “Kiçik və Orta Sahibkarlıq Müəssisələrində liderlik DNT-sinin ortaya çıxarılması” mövzusunda təlimdə iştirak edib. Təlimdə Azərbaycanla birgə, Argentina, Rusiya Federasiyası, Tacikistan, Şri-Lanka da daxil olmaqla 18 ölkədən nümayəndə iştirak edib. Təlimlər çərçivəsində Rəşad Mütəlibov tərəfindən “ABAD” publik hüquqi şəxs və onun fəaliyyət istiqamətləri barədə səfər heyətinə ətraflı təqdimatlar keçirilib. Səfərin son həftəsində iştirakçılar UNESCO Ümumdünya Mədəni İrs siyahısına daxil olan Tac Mahal və digər möhtəşəm memarlıq abidələri ilə tanış olublar.


Azərbaycanda ilk – yerli istehsal olan ADVENT TƏQVİM

Qloballaşma və kütləvi mədəniyyətin tirajlanması sayəsində biz başqa ölkə və xalqlara aid bir çox adət-ənənə və bayramları qeyd edirik. Advent təqvim də, həmçinin Yeni İl və Milad bayramının ayrılmaz bir hissəsidir.Advent təqvim nədir və necə işləyir?Advent təqvim Yeni İl əhvalı üçün ən güclü vasitədir. Bu təqvimlə Sizi, yaxud hədiyyə edəcəyiniz şəxsi Yeni İlə sayılı gün qalmışdan kiçik sürprizlər gözləyir. Ən böyük hədiyyə isə ilin ən vacib gecəsinə təsadüf edir.Yerli bazarda advent təqvimləriHazırda ölkəmizdə bir neçə növ təqvimlər satışdadır: yaradıcı, hədiyyəlik, şirniyyatlı, kosmetik və tematik. Bazar araşdırmaları zamanı təqvimlərin heç birinin yerli istehsal olmadıqları, müxtəlif xarici brendlər tərəfindən təqdim edildiyi bəlli oldu. Və bu “ilk”ə imzanı “ABAD” atdı.“ABAD” advent təqviminin özəllikləri“ABAD”çı İzzət Muxtarov tərəfindən təmiz taxtadan hazırlanmış təqvim 15 dekabr tarixindən başlayır. Hər siyirmə digər “ABAD”çılarımızın əl işləri ilə doldurulub. Bununla da, Siz bir təqvim əldə etməklə 17 müxtəlif “ABAD”çı ailəsinin məhsulunu əldə etmiş və 17 ailənin gəlirinə töhfə vermiş olursunuz. Çünki kiçik sahibkarın ən böyük dəstəkçisi Siz istehlakçılarsınız.Tələsin, məhsul məhdud saydadır.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar