ABADçı: Nadir Hacıyev | Region: Balakən | Süd məhsulları
Camışlığın inkişafına töhfə verənlərdən biri də Balakən rayonunun Hənifə kəndi sakini ABADçı Nadir Hacıyevdir. 20 ildən çoxdur ki, heyvandarlıq üzrə öz təsərrüfatını qurub:
“Mən kolxozçu ailəsində böyümüşəm. Ali təhsilimi Moskva Texnoloji Universitetində iqtisadiyyat fakültəsində almışam. Uzun illərdir ki, sahibkarlıqla məşğulam. Heyvandarlıq sahəsində də böyük təcrübə və biliklərə sahibəm. Hazırda təsərrüfatımda 100 ədəd camış var, onlardan 70-i ana camışdır”.
Camış əti digərlərindən 40% daha az xolestrol, 55% daha az kalori, 11% daha çox protein və mineral maddələrə sahibdir. Həmçinin camış südü məhsulları da öz yüksək faydası ilə seçilir. N.Hacıyevin dediyinə görə “ABAD” PHŞ-nin dəstəyindən öncə camış südü məhsullarının həm emalında, həm də satışında problemlərlə üzləşirdi:
“ABAD” mərkəzinin Balakəndə açılacağı ilə bağlı xəbərini aldığım anda layihəyə müraciət etdim. İdeyam qəbul olundu və arzuladığım camış pendirinin hazırlanması üçün mənə müasir avadanlıqlarla təchiz olunmuş monoblok-konteyner təhvil verildi. Mən, ailəmlə birlikdə burada “Bravo” marketlər şəbəkəsində satışa çıxarılan yüksək keyfiyyətli və təbii “Hənifə” camış pendirini istehsal edirəm”.
Nadir Hacıyevin məhsulu ilə Siz də tanış olmağa tələsin!