ABADçı: Elvira Ramazanova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Lakin bir çoxu “felting” sənətinin hələ 8 min il bundan qabaq, əsasən türk xalqları arasında geniş yayılmış keçə (döyülüb basmaqla, sıxmaqla hazırlanan sıx yun materialdan hazırlanan müxtəlif əşyalar) sənəti ilə eyniliyindən xəbərsizdir.
Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar “həllac” və ya “atıcı” adlanırdı. İndi də bu sənət növü dünyada və Azərbaycanda öz rəğbətini qoruyub.
Elvira Ramazanova bu texnika əsasında bədii oyuncaqlar hazırlayır:
“4 ildən çoxdur bu sənət ilə məşğul oluram. Lakin ilk vaxtlar Azərbaycanda - doğma diyarımda oyuncaqlarıma alıcı tapmaq çox çətin idi. Nədənsə eyni texniki-üsulla hazırladığım broşlara tələb yüksək olurdu, lakin böyük sevgi və əziyyətlə hazırladığım oyuncaqlar diqqətdən kənar qalırdı”.
E.Ramazanovanın dediyinə görə, bu səbəbdən o oyuncaqlarını Rusiya bazarına çıxarırdı:
“Amma könlüm razı deyildi. Xaricdə tanınmaq mənim ambisiyalarıma uyğundur, lakin ilk olaraq ölkəmizdə bu sənət növünün inkişaf etdirilməsini istərdim. Bir zaman sonra “ABAD”ın keçə ilə işləyən sənətkarların axtarışında olduğunu eşitdim. Çox sevindim, sənətimə dəyər veriləcəyinə sevindim. Artıq oyuncaqlarım “ABAD”ın mərkəzlərində sərgilənir, satışa çıxarılıb. Göz oxşayan sənət əsərlərim alıcıların da rəğbətini qazanıb”.
Elvira Ramazanovanın füsünkar əl işləri ilə tanış olmaq istəyənləri, “ABAD” sərgi-satış mərkəzlərinə dəvət edirik.