× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İlkin Məmmədov | Region: Bakı | Suvenirlər
İlkin Məmmədov

1970-ci il təvəllüdlü İlkin Məmmədov Bakı şəhəri sakinidir. Ali təhsilini Moskva şəhərində hüquq üzrə alıb. Həyatının 20 ildən artığını Vətəninin xidmətinə həsr eləyib — Daxili İşlər orqanlarında çalışıb, polis polkovnik-leytinantı rütbəsinə qalxıb. Hazırda istefa verərək təqaüdçüdür.

“Gecə-gündüz işləməyə öyrəşən adam üçün təqaüddə boş oturmaq əzaba bərabərdir. Vaxtımı səmərəli keçməyi üçün uşaqlığımda ən sevdiyim işi, hobbimi, lakin sonradan ona vaxt tapmadığıma görə tərk etdiyim heykəltəraşlığla məşqul olmağa qərar verdim.  Heykəltaraşlığa heç yerdə öyrənməmişəm. Lakin plastilini ilk əlimə aldığımdan bir fitri istedad məndə əmələ gəlib. Hələ 1979-cu ilə o zamanın ən populyar verilişlərindən biri olan “V qostyax u skazki” verilişinə Andersenin “Çaxmaq” nağılının soldatını gipsdən düzəltmişdim və onların redaksiyasına yollamışdıq. SSRİ-nin mərkəzi kanalında uşaq və yeniyetmə arasında ən sevilən verişin tanınmış aparıcısı Valentina Leontyevna mənim işimi özü şəxsən təqdim etməyi böyük sevinc və qüruruma səbəb olmuşdu”.

İlkin Məmmədov həvəskar heykəltaraşlıqdan uzaqlaşandan bəri bu sahədə də bir çox yeniliklər baş verdi:

“O vaxt plastilindən başlayan mən sonradan əl işlərimi gipsdən hazırlayırdım. İndi isə özüm üçün polimer gilin rahatlığını kəşf etdim. Materialı xoş və yumşaq, onu adi yoğurmaq zövq verir. Və ən əsası bir sutka ərzində özü quruyur, xüsusi sobalara ehtiyyac yoxdur. Sonda qurumuş heykəlciki akril boyalar ilə rəngləyirəm”.

“ABAD”a yeni qoşulan İlkin Məmmədovun ən çox patriotik mövzularda olan əl işləri satışa çıxarılır - Böyük Zəfər, Qarabağ atları, Qarabağ Azərbaycandı və s.

“Məhşur insanları əks etdirməyi də xoşlayıram. Madam Tüsso mum muzeyinə analoji olaraq yaratdığım polimer fiqurlarının sərgisini təşkil etmək arzusundayam”.

Qeyd edək ki, İlkin Məmmədovun yaratdığı fiqurlar ilə “ABAD” etno-butikləri və abadhandicrafts Instagram səhifəsində tanış ola bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar