ABADçı: Məlahət Alvasova | Region: Balakən | Xalçaçılıq
Məlahət Alvasova Qərbi Azərbaycanın Ağbaba mahalında
anadan olub. Daha sonra Balakən rayonunun Hənifə kəndində məskunlaşmaq məcburiyyətində
qalıblar:
“Uşaqlığım
Hənifə kəndi kimi gözəl diyarda kecib. Təhsilimi isə Rusiyanın Voronej vilayətində
almışam, 1988- ci ildə kəndimizə dönüb ailə həyatı qurmuşam, 3 övladım var”.
Məlahət
Alvasova toxucudur. Bu sənəti anasından öyrənib. Onun dediyinə görə, toxuculuq
sənətinə sevgi anasından qalan ən gözəl hədiyyədir, mirasdır. Bu sənəti Məlahət
xanım öz qız övladlarına da sevdirib:
“Toxumağı
uşaqlıqdan bilib sevsəm də, ən böyük arzum xalça toxumağı bacarmaq idi. Xalça
toxumağı o qədər arzulayırdım ki, bəzən xəyallarımda, yuxularımda da xalça
toxuyurdum. Mənim xəyallarımı gerçəkləşdirən isə “ABAD” oldu”.
Balakən
“ABAD” regional mərkəz fəaliyyətə başlarkən M. Alvasova müraciət edərək özünü
toxucu kimi təqdim etdi. Bundan başqa xalçaçılıqla məşqul olmaq istəyini də
qeyd etdi. Bu zaman “ABAD”, UNDP və Avropa
İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala
iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi
start verdi. Qeyd edilmiş regiondan 44
ailə seçilərkən içərisindən 12 məcburi köçkün ailəsinə yardım göstərmək qərarına
gəlindi. Məlahət Alvasova o 12
iştirakçı arasına daxil edildi:
“Məni
lazimi avadanlıqla təmin etdilər. Artıq gözəl xalçalar toxuya bilirəm.
Satışlarım da gedir. Planlarımda isə xalçaşılıq sənətinin qorunub saxlanılması
üçün bir platforma yaratmaqdır.