ABADçı: Mirvari Əzizova | Region: Balakən | Xalçaçılıq
Balakən
rayonu Hənifə kəndi Mirvari Əzizova – “ABAD”çıdır. O, “ABAD”ın Balakəndə
regional mərkəzi fəaliyyətə start verərkən müraciət etmiş ilk vətəndaşlardandı.
“Kooperasiya
texnikumunun məzunuyam, lakin uşaq yaşlarımdan marağım dərziliyə və toxumağa olub.
Təhsilimi bitirdikdən sonra da elə məhz bu işlə məşqul olmuşam. Paltar, corab
toxumağa, paltar tikməyə sifarişlər götürmüşəm. Ali istəyim isə xalça toxumağı
öyrənmək idi”.
“ABAD”a
müraciəti zamanı bu istəyini bildirən Mirvari Əzizovaya “ABAD”, UNDP və Aİ-nin
birgə layihəsi haqqında bəhs etdilər:
“Məni
xalça toxumaq üçün təlimlərə dəvət etdilər. Məmnuniyyətlə təlimlərə qoşuldum.
Xalça toxumağı öyrəndim. Bundan başqa sahibkalıqla bağlı bir çox təlimlərdə
iştirak etdim”.
Layihənin
ikinci mərhələsi olaraq Mirvari Əzizova bir qrup digər iştirakçılar ilə birgə
xalça toxumaqla məşqul idi:
“Covid_19
pandemiyası ilə mübarizə üçün tətbiq edilən xüsusi karantin rejiminə görə
qrupumuz ləvğ olundu. O vaxtdan artıq individual olaraq çalışıram. Gələcəkdə
istərdim ki dərzi, toxuculuq və xalça emalatxanası açım. Bacarıqlı xanımları da
yığım başıma. Bacarıqlı evdar xanımlar çoxdu ətrafımda, onların qazancını təmin
etmək istərdim olmağını çox.