ABADçı: Ceyhun Qarayev | Region: Balakən | Ağac üzərində oyma
Balakən rayonu Tülü kəndinin sakini Ceyhun Qarayev 25 ildir
ki, dülgərdir. Və artıq üç ildir ki, “ABAD”çıdır. O, “ABAD”a 2017-ci ildə “ABAD”, UNDP və
Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala
iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində
seçilmiş 44 ailə ilə birgə qatılıb.
“On beş yaşımdan dülgərliklə məşqulam, taxtadan hər bir şey
düzəldə bilirəm, və əlbəttə ki, ağac üzərində bədii oyma sənəti də mənim üçün
yad deyil. Əl işlərimi də bu texnika ilə hazırlayıram. Peşəmi çox sevir, bu işdən
hər zaman zövq alıram”.
C.Qarayevin dediyinə görə, o, seçilən ailələrlə birgə bilik və
bacarıqların artırılması ilə bağlı 13 təlimdə iştirak edib. Təlimlərin nəticəsində
o, kiçik və orta biznesin inkişafı, məhsulların sertifikatlaşdırılması və
monitorinqi, qablaşdırma və logistika, brendinq və satış, kiçik və orta ölçülü
biznes üzrə beynəlxalq ticarət, beynəlxalq kommunikasiya, korrupsiyaya qarşı
mübarizə, dürüstlük və gender bərabərliyi məsələlərinə dair biliklərə yiyələndi.
“Gələcək
planlarımda işlərimi genişləndirmək və daha böyük bazarlara çıxışı hədəfləmişəm”.
Qeyd edək ki, “ABAD”, UNDP və Aİ-nin birgə “Balakən regional “ABAD” mərkəzi
vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının
inkişafına dəstək” layihəsi çərçivəsində 44
“ABAD”çının məhsulları “ABAD” etno-butik və bakaleyalarında satışa çıxarılır.