× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Aynurə Mayılova | Region: Göyçay | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Aynurə Mayılova

Göyçay rayonunun Bığır kəndində anadan olmuş Aynurə Mayılova Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. İxtisasca xalçaçı-rəssam-dizaynerdir.

Kiçik yaşlarından rəsmlə məşqul olan A.Mayılovanın dediyinə görə, böyüdükcə sənətə olan həvəsi daha da artmağa başladı:

“Ailəmizdə sənətkar olmayıb, lakin anamın arzusu olub... Özü də can atırdı... Məndə də istedad görüb, təsviri sənət ilə həyat yolumu davam etdirməyimi biləndə, mənə çox dəstək oldu.”

Təsviri incəsənətin bir çox istiqamətlərində: rəngkarlıq, vitraj və s. – özünü sınayan Aynurə xanım hazırda keramika sənətini fəth edir. Lakin “ABAD”çı olaraq etno-butiklərdə daha çox şüşə qablar üzərində vitraj texnikası ilə işlənmiş suvenirləri təqdim olunur.

“ABAD”la tanışlığıma sosial şəbəkələrə borcluyam. “ABAD”ın səhifələrini izləyirdim, sonra qeydiyyatdan keçdim və “ABAD”çı adını qazandım. Yaxın zamanlarda keramika ilə olan içşlərimi daha da mükəmməlləşdirib bu məhsullarım ilə də bazara daxil olmaq istəyirəm.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar