ABADçı: Nahid Həsənli | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
“ABAD”çı
Nahid Həsənli Naxçıvan şəhərində anadan olub. 1998-ci ildən
Bakı şəhərində yaşayır. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olaraq
ailə biznesində çalışır.
“2002-ci ildə ailəmizdə milli atributika ilə şüşə məhsulların hazırlanması ilə bağlı bir ideya yarandı. Və həmin o ideyadan Azərbaycanda şüşə qablar üzərində dekorativ-tətbiqi sənət sahəsi ilə məşğul olan ilk şirkət təsis etdik. Beləliklə, öncə kiçik bir emalatxana açaraq ailə üzvlərimizlə birgə armudu stəkanlar üzərində milli ornamentlərlə, dekor, naxış və bəzək işlərinə başladıq.
Bu sahəni sevdiyimizdən,işə olan həvəsimizdən
bəhrələnərək, şüşə üzərindəki bu sənəti dərindən öyrənməyi, tətbiq etməyi və gələcək
nəsillərə ötürməyi qarşımıza məqsəd qoyduq. ”Buta Glass“ MMC olaraq bu gün də, bu
amalın arxasında çalışırıq.”
N.Həsənlinin
dediyinə görə, “ABAD”dan öncə onlar məhsullarını pərakəndə satışı ilə şəxsən məşqul
olmağa məcbur idilər, bu da əlbəttə sənətə daha az vaxt ayırmağına gətirirdi:
“Biz Azərbaycanda “ABAD”- Ailə Biznesinə Asan Dəstək
adında bir qurumun olduğunu öyrəndik və ona öz işlərimizi təqdim etdik. Bu
yolla da “ABAD”a qoşularaq “ABAD”çı olduq. “ABAD” bizə məhsullarımızın şəhər və
bölgələrdə satışının təşkil olunmasında böyük dəstək olur."
Gələcək planlarındah bəhs edən Nahid Həsənli
onların “ABAD”la olan qarşılıqlı əməkdaşlığının daha da gücləndirmək niyyəti ilə bağlı olduğunu bildirdi:
“Məhsullarımızın nəinki daxili bazarda,
hətta xarici bazarda da çıxışının olmağını arzulayır və bunu “ABAD”ın sayəsində
həyata keçirəcəyinə ümid edirik. Milli məhsulların Made İn Azerbaijan brendi altında
marketlərə, muzeylərə, xaricdəki sərgilərə belə yol
açacağına əminik. Bu işlərdə “ABAD”la əməkdaşlıq etməkdən qürur duyuruq.”