ABADçı: Fərqanə Mustafayeva | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Ailə biznesinə dəstək almaq üçün “ABAD”a müraciət edən sənətkarlardan biri də Bakı şəhər sakini Fərqanə Mustafayevadır.
Fərqanə xanım 10 ildən çoxdur ki, milli suvenirlər hazırlayır.
Orta məktəbi bitirdikdən sonra pedaqoji təhsil alan Fərqanə xanım rəssamlığa və incəsənət sahəsinə meyl edir.
Bu yolda həyat yoldaşının həm mənəvi, həm texniki dəstəyini alan Fərqanə xanım öz ailə biznesinə dəstək vermək, eləcə də, öz əl işlərini satmaq məqsədilə müxtəlif suvenirlərin hazırlanmasına başlayır.
Bu gün Fərqanə xanım, milli üslubda kiçik ölçülü dekorativ papaqlar, saç aksessuarları, milli naxışlarımızla bəzədilmiş mücrülər kimi suvenirlər hazırlayır.
Onun “ABAD” ailəsinə qoşulmaqda məqsədi isə indiyədək yalnız sifariş əsasında təşkil etdiyi satışları artırmaq, eyni zamanda istehsal zamanı qarşılaşdığı müxtəlif çətinlikləri aradan qaldırmaqdır.