ABADçı: Fərid Mayılov | Region: Kürdəmir | Ağac üzərində oyma
O, ağac üzərində oyma sənəti ilə ilk dəfə bu reabilitasiya mərkəzində tanış olur.
Oymaçılıq sənətinin bütün sirrlərini öyrənmək qərarına gələn Fərid Mayılov özünü bu sahədə sınayır və uğurlu nəticələr əldə edir.
Bu gün o, Azərbaycanın milli musiqi alətləri olan tar, kaman, saz kimi kiçik suvenirlər və mədəniyyətimizin digər nümunələrini ağac parçaları üzərində canlandırır.
Qeyd edək ki, Fərid Mayılov ölkəmizdə keçirilən bir çox sərgilərin iştirakçısı olmuş və onun əl işləri böyük maraqla qarşılanıb.
“ABAD” layihəsinə qoşulmaqda əsas məqsədi hazırladığı əl işlərinin satış miqdarının artırmaq və bu sənətkarlıq sahəsini ölkəmizdə tanıtmaqdır.
O, artıq “ABAD” ailəsinin bir üzvüdür və onun əl işləri şəhərimizin mərkəzində yerləşən “ABAD” sənətkarlıq mərkəzində təqdim olunur.