× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Avropa Keramika Marşrutuna daxil edildi

Şəki şəhəri Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib. Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi böyük rol oynayıb.Qeyd edək ki, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəkiyə səfərləri çərçivəsində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Qeyd edək ki, 128 gil növü var və onun 98-i Azərbaycanda rast gəlir. Şəki torpağı da həmçinin gil ilə zəngindir və burada aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.


“ABAD” gənc ailələr üçün arıçılıq təsərrüfatlarının yaradılmasına dəstək olacaq

“ABAD” publik hüquqi şəxs “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə qoşulub. Layihə IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı altında həyata keçirilir. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatlarının yaradılmasına istiqamətlənib. Təşviqin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təbliğ etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir. Layihə çərçivəsində arıçılıq təsərrüfatına xüsusi maraq göstərən 20 gənc, arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı iki həftəlik nəzəri və praktiki təlimlərə cəlb olunub. Təlimdə iştirak edən gənclərin arıçılıq təsərrüfatı üçün lazım olan resurs və ləvazimatlarla tam təchiz olunması, istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatlar mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara “ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.


Avropa İttifaqı, ABAD və BMTİP regionlarda kiçik ailə təsərrüfatlarının inkişafı istiqamətində dəstək göstərməyə davam edir

"ABAD" publik hüquqi şəxs və BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə Azərbaycanın Şəki və Balakən regionlarında fəaliyyət göstərən kiçik  ailə təsərrüfat sahibləri arasında görüşlər baş tutub. Görüşlər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və "ABAD" publik hüquqi şəxslə birgə həyata keçirdiyi “Balakən "ABAD" regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilib. Görüşlərdə layihə çərçivəsində kiçik bizneslərini inkişaf etdirməyə nail olan ailələr tərəfindən istehsal prosesinin gedişatı barədə məlumat verilib, məhsullar və satışlar barədə müzakirələr aparılıb. Layihə, seçilmiş ailələr üçün müvafiq avadanlıqların satınalınmasına dəstək olub, təcrübəli texnoloqlar "ABAD" ailələrinə avadanlıqlardan istifadə, eləcə də biznesin inkişafı üzrə müvafiq təlimlər keçib. Ötən aylar ərzində ailələr ağartı məhsulları, quru meyvə, kompot istehsalı, qovaq göbələyinin yetişdirilməsi, toyuq və qırqovul çoxaldılması, taxta oyma, xalçaçılıq, keramika və rəssamlıq kimi müxtəlif sahələrə məxsus; eləcə də təhlükəsizlik, sanitariya və gigiyena normaları, məhsulun saxlanılması, qablaşdırma və daşınmaya hazırlanması üzrə  təlimlərdə iştirak edib. Hazırda ailələrin kompot, xurma qurusu, fındıq və qoz yağı kimi, həmçinin kiçik ölçülü xalça və suvenir məhsulları "Bolmart", "Grandmart" və "ABAD" etno-butiklərində satışa təqdim olunur. Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatalanı əhatə edən bu layihə şərçivəsində 44 seçilmiş ailədən 23-ü qadınların, 12-si isə məcburi köçkün ailələrinin rəhbərlik etdiyi ailə biznesləridir.     Layihənin əsas məqsədi, kənd yerlərində kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, həmçinin rəqabətqabiliyyətli ailə təsərrüfatlarının fəaliyyətlərinə dəstək olmaqdır.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners