× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD"ın dəstəyi ilə keçirilən “ASAN Peşə” kurslarını bitirmiş şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.Belə ki, İmişli “ASAN Həyat” kompleksində "ABAD" təlimçiləri vasitəsi ilə 2019-cu ilin sentyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 28 şəxsə (İT üzrə 19 nəfər, dərzilik üzrə 9 nəfər)  həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları başa vuran şəxslərə sertifikatlar təqdim olunub.Təlimlər tələbata müvafiq 3 fərqli sahə üzrə aparılır: dərzilik, İKT və aqrar sənaye. İştirak üçün yaş məhdudiyyəti yoxdur və ödənişsiz şəkildə təşkil olunur."ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.Təlimlər davam edir. Mütəmadi xarakter daşıyan İT sahəsi üzrə təlimlər Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. İT təlimlər bu ildən daha da genişləndiriləcək. Bu, "ABAD" və “Expressbank”ın əməkdaşlığı sayəsində reallaşacaq.


"ABAD" publik hüquqi şəxsin 2019-cu il hesabatı

“ABAD” publik hüquqi şəxs 2019-cu il ərzində də öz fəaliyyətini uğurla davam etdirdi. Bir il ərzində ABADçıların sayı 105 nəfər artaraq 421-ə çatıb.Cari ildə mərkəzlərin də sayında artım olub. Belə ki, "Paşa Holdinq"in dəstəyi ilə 4 yeni “ABAD” Bakaleyası  və stendi “Gənclik Mall”, “20 yanvar” m/s yaxınlığı, “Babək” prospekti və Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketlərində açılaraq sayları 5-ə çatıb. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələrinin satışının yer aldığı “ABAD” etno-butiklərin də sayı artaraq 9-a çatıb. Belə ki, artıq Masallı “ASAN Həyat” kompleksi ərazisində də yeni satış mərkəzi fəaliyyət göstərir.Bundan başqa, Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində daha bir “ABAD Food Hall” fəaliyyətə başlayıb. “ABAD” PHŞ əməkdaşları və ABADçılar Yaponiya, Malayziya, Çin, Xorvatiya, Türkiyə kimi ölkələrdə bir çox yerli və beynəlxalq təlim və sərgilərdə iştirak edib.2019-cu ildə “ABAD”ın fəaliyyəti çərçivəsində yaddaqalan tədbirlərdən biri də Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun keçirilməsi oldu. İki həftə ərzində Azərbaycan da daxil olmaqla 15 ölkədən olan xarici iştirakçı-keramistlər Mərkəzdə açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaratdılar.Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Artıq “Bravo” marketlər şəbəkəsində ABADçı istehsalı olan təbii yeni pendir və kolbasa növləri, kompotlar; meyvə şirələri və digər içkilər; pomidor turşusu; badımcan kürüsü; balqabaq tumu, qara zirə, kokos, badam və kərə yağları; meyvə quruları, un, çay, sarımsaq tozu, pelmeni, vareniki, düşbərələr, fındıq əzmələri əldə etmək mümkündür.İl ərzində “ABAD” publik hüquqi şəxs Memorandum və Niyyət protokolu imzalayıb. Memorandum “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair, Niyyət Protokolu isə “ABAD” publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında imzalanıb.2019-cu ilin fevral ayında “ABAD” publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb.


“DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu

Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower” qalereyasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu. Sərgi təşkilatçı qurumların rəsmi nümayəndələrinin giriş nitqi ilə açıq elan edildi. Qeyd olundu ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir. Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton  fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirildi. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirdilər. Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edildi. Xatırladaq ki, “DrinkART: bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola bilərsiniz.  


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners