× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” Masallı və Balakəndə ailə təsərrüfatlarına dəstək oldu

Ulu Öndərin anadan olmasının növbəti ildönümü ərəfəsində “ABAD”ın Masallı və Balakən rayonlarında fəaliyyət göstərən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Bu monoblok-konteynerlərdə pendir, cem və mürəbbə məhsullarının istehsalı üçün bütöv istehsal xətti yaradılıb. Avadanlıqlar əvvəllər kustar üsulla ərsəyə gələn məhsulların bütün standartlara cavab verən şəraitdə hazırlanmasına imkan verir. Bundan başqa, “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirilir. “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib. İndiyədək “ABAD” tərəfindən Masallı və Balakən rayonlarında 12 ailə təsərrüfatına monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Hazırda “ABAD”a müraciət etmiş digər ailə bizneslərinə müvafiq dəstək göstərilməsi istiqamətində işlər davam edir.


Türkiyənin Azərbaycandakı səfiri “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub

14 aprel 2017-cil tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa “ABAD” publik hüquqi şəxs tərəfindən yaradılmış sənətkarlıq mərkəzi haqqında məlumat verib. O bildirib ki, mərkəz “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulub. İnam Kərimov qeyd edib ki, sənətkarlıq mərkəzində Azərbaycanın müxtəlif regionlarından olan sənətkarların əl işlərinin sərgi-satışı təşkil olunub. Bildirilib ki, fəaliyyətə başladığı ilk gündən böyük turist axını ilə qarşılaşmış mərkəzdə təqdim olunan milli suvenirlərinin hər birinin üzərində onu hazırlayan ailə haqqında məlumat verilir. Bundan başqa, quraşdırılmış monitorlarda həmin əl işlərinin hazırlanma prosesi əks olunur. Səfir Erkan Özoral “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətini müsbət qiymətləndirərək, fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə səfir Erkan Özorala, həmçinin “TİKA”nın Bakı proqram koordinatoru Adəm Urfaya “ABAD”a qoşulmuş sənətkarların hazırladıqları milli suvenirlər təqdim olunub.


“ABAD” sağlamlıq imkanları məhdud insanlara dəstək göstərəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə qeyd olunan gənclərin peşə reabilitasiyasının təşkili üçün yaradılmış şəraitlə, onlara göstərilən xidmətlərlə, peşə təlimlərinin keçirildiyi sinif otaqları və emalatxanalarla, peşə reabilitasiyasına cəlb olunmuş gənclərin əl işləri ilə tanış olublar. Tanışlıq zamanı sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin cəmiyyətə təqdim olunması və satışının təşkilinə köməklik göstərilməsində, bununla həmin gənclərin öz əməkləri ilə gəlir əldə etmələrinə şərait yaradılmasında “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunmasına dair fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərin bir istiqaməti də ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına geniş şərait yaradılmasıdır. Dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması və 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasını şərtləndirib: “Özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında başa çatdırılaraq, onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatına başlanıb. 01 aprel 2017-ci il tarixə artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaları üçün aktivlərlə təmin olunub”. Nazir bildirib ki, verilmiş aktivlər hesabına yaradılmış ailə təsərrüfatları əsasən istehsalyönümlü fəaliyyət üçün nəzərdə tutulublar: “Həmin insanların bu sahədə fəaliyyətlərinin inkişaf etdirilməsində, istehsal etdikləri məhsulun sertifikatlaşdırılması və satışının təşkilində, həmçinin peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satışına dəstək verilməsində və s. işlərdə “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunması məqsədəuyğundur”. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” mərkəzlərinin sosialyönümlü layihələrinin icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın xüsusi önəmini diqqətə çatdırıb. İ.Kərimov həmçinin özünüməşğulluq proqramı çərçivəsində yaradılan istehsalyönümlü ailə təsərrüfatlarının inkişafında, aztəminatlı ailələrin biznes imkanlarının genişləndirilməsində “ABAD” mərkəzləri tərəfindən dəstək veriləcəyini, digər bir sıra sahələrdə nəzərdə tutulan əməkdaşlığın da sosial sahədə vacib məqsədlərə nail olunmasına hesablandığını qeyd edib. Daha sonra Səlim Müslümov və İnam Kərimov “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzlərinin fəaliyyətində qarşılıqlı əməkdaşlığa dair Memorandumu imzalayblar. Memorandumda əməkdaşlıq istiqamətlərindən biri kimi özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaradılmış fərdi təsərrüfatların istehsalyönümlü fəaliyyətlərinin inkişaf etdirilməsi məqsədilə “ABAD” mərkəzləri tərəfindən müqavilələr əsasında müasir texnoloji istehsal avadanlıqlarının təqdim edilməsi, brendinq, dizayn, maliyyə-mühasibatlıq və hüquqi yardım xidmətlərinin göstərilməsi, bu təsərrüfatlarda istehsal olunan məhsulun sertifikatlaşdırılması, daşınması və satışının təşkilinə dəstəyin göstərilməsi yer alıb.


“ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başladı

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılmışdır.   “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilmişdir. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulmuş mərkəzdə ilkin mərhələdə “ABAD” sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılacaqdır. Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. “ABAD” bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlb edilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilə təchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasında UNDP maliyyə dəstəyi göstərmişdir. 2016-cı ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ABAD” arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən, SOCAR Balakəndə növbəti “ABAD” mərkəzinin yaradılmasına və 12 ailənin zəruri istehsal avadanlıqları, o cümlədən istehsal konteynerləri ilə təmin olunmasına dəstək göstərəcəkdir.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners