× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

Berqama bələdiyyəsinin sədri Şəki "ABAD" Keramika və Tətbiqi sənət mərkəzini ziyarət edib

2022-ci il 23 avqust tarixində Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın bu qədim diyarına səfər edib. Səfər çərçivəsində qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib. Rəsmi heyət həmçinin qoruğda yerləşən “ABAD” Keramika və Tətbiqi sənət mərkəzini də ziyarət ediblər. Görüşdə Şəki Şəhər İcra hakimiyyətinin nümayəndələri və deputat Vüqar İsgəndərov iştirak ediblər. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib.Diqqətə çatdırılıb ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Müasir avadanlıqla təchiz edilmiş mərkəz ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasında töhfə verir. Cənubi Qafqazda ilk Keramika Mərkəzi olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi sayəsində Şəki şəhəri Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners