× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" “Smart Xanım” layihəsinə dəstək verəcək

Regionda yaşayan və öz biznesini qurmaq yaxud genişləndirmək istəyən xanımlar yeni “Smart Xanım” layihəsinə qoşula bilər. Layihə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında həyata keçirilir. Proqrama qoşularaq siz regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqsınız. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq. Layihə 4 mərhələdən ibarətdir: 1. "Kəşf et" - Regionlarda 1 günlük canlı tədbir (tanışlıq və izah üçün) 2. "Öyrən" - İnkişaf proqramı (online təlimlər, mentorlarla görüş) 3. "Tətbiq et" - Layihə üzərində iş (ideyanın layihəyə çevrilməsi üçün mentorlarla onlayn və fiziki görüşlər) 4.  "Parla" - 3 günlük Bootcamp tədbiri (layihələr arasından dəstək üçün ən yaxşı 3 layihənin seçilməsi İştirakçıları nələr gözləyir: Layihəyə seçilən iştirakçılar yuxarı qeyd olunan mərhələlərdən keçəcəklər. Ümumilikdə, bu müddət ərzində onlayn təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar mövzusunda məlumatlandırılacaq, biznes layihəsinin yazılması üçün mentor dəstəyi ediləcək, sonda ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək ediləcək və yaşadıqları regionlar üzrə biznes mühitə çıxış və şəbəkələşmə imkanı əldə edəcəklər. Layihəyə kim qoşula bilər:  ·         18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın ·         qeyd olunana rayonların birində yaşamaq ·         tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas tərəfdaşlığı ilə "ABAD" publik hüquqi şəxsin, İnnovasiyalar Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.Öz növbəmizdə "ABAD"çı-xanımlarımıza qoşulmağa dəvət edirik.  Layihədə iştirak üçün qeydiyyat linki: https://forms.gle/y27uWDmvQgAcRHGU8  Əlaqə nömrəsi: +994 55 917 52 02; Email: smart.khanim2021@gmail.com  Müraciət üçün son tarix  19 dekabr  2021-ci tarixidir.  Instagram: https://instagram.com/smartnation.az?utm_medium=copy_link  Facebook: https://www.facebook.com/smartnationaz-109658351541684/


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners