× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" publik hüquqi şəxsin 2021-ci il hesabatı

“ABAD” publik hüquqi şəxs 2021-ci il ərzində də öz fəaliyyətini uğurla davam etdirib. Ötən ildə 5 yaşını qeyd edən qurumdan dəstək alan “ABAD”çıların sayı 500-ü ötüb. 2021-ci il ərzində daha bir “ABAD Factory” İstehsalat Kompleksinin açılışı baş tutub. Sayca üçüncü olan Quba “ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı üzrə istiqamətlənib. Müvafiq ildə mərkəzlərin də sayında artım olub. Belə ki, "PAŞA Holdinq"in dəstəyi ilə 12 yeni “ABAD” stendi açılaraq sayları 28-ə çatıb. Stendlərin yerləşdiyi marketlərin sayında da artım müşahidə olunur. Beləki, “Bravo” marketlər şəbəkəsi ilə bərabər, “ABAD” stendləri artıq “Grandmart”, “Bolmart”, Rahat”, “Bizim Market” və digər şəbəkələrdə də fəaliyyət göstərir. Qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Tovuz “ABAD Factory” Bitkilərin Qurudulması və Emalı İstehsalat Kompleksində hazırlanan 7 növ “Fitolife” müalicəvi otlardan çaylar, “Narlı” brendi altında müxtəlif marinad və souslar, yeni növ ədviyyatlar, ləvəngilər, içkilər, yağ və pendirlər "ABAD" qida assortimentinə daxil edilib.  Həmçinin 2021-ci ildə “ABAD” qida məhsullarının ixracı istiqaməində mühüm addımlar atılıb. Belə ki, “ABAD” məhsulları artıq Yaponiya və Qazaxıstanda təqdim olunur. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri də artıq yalnız 10 “ABAD” etno-butiklərin də deyil, həmçinin elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkəsi olan “Kontakt Home”da da fəaliyyətə başlayıb. Şəki və Nardaran keramika və tətbiqi sənət mərkəzləri də öz fəaliyyətini uğurla davam etdirib. İl ərzində mərkəzlərdə xüsusi “YAŞAT” kolleksiyaları yaradılıb. Bu kolleksiyanın satışından əldə olunan gəlirin bir hissəsi “YAŞAT” Fonduna ianə edilir. Fond ilə bundan da başqa bir neçə istiqamətlər üzrə əməkdaşlıqlar qurulub. Onlardan biri şəhid ailələrinin üzvlərinin dekorativ-tətbiqi sənətə yiyələnib “ABAD”çı sıralarına qoşulmaqdır. Müvafiq dövrdə "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi başa çatıb. 2017-2021-ci illəri əhatə edən layihənin nəticəsi olaraq 12 məcburi köçkün ailəsi olmaqla 44 yeni ailə təsərrüfatı formalaşıb, məhsulları satışa çıxarılıb. İl ərzində bir çox xarici dövlətlər tərəfindən “ABAD”a olan maraq artıb. Özbəkistan, İsrail, Argentina, Tacikistan, Rusiya və s. ölkələrin rəsmi nümayəndələrinə “ABAD” təqdimatı keçirilib, əməkdaşlığa dair müzakirələr aparılıb.  “ABAD”ın AQTA ilə olan layihələrinin növbəti mərhələləri baş tutdu. Məsələn, "Dönər biznesinin sağlamlaşdırılması" layihəsi çərçivəsində iki iaşə obyektinin fəaliyyətinə start verilib. 2021-ci il “ABAD” üçün həmçinin bir çox sərgi və yarmarkalarda iştirakı ilə yadda qalıb. Onlar arasında Zəfər gününə həsr olunmuş tədbirlər və s.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners