× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" nümunəsi beynəlxalq tədbirdə diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İslam İnkişaf Bankının (İİB) birgə təşkilatçılığı, eləcə də Asiya İnkişaf Bankının və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun tərəfdaşlığı ilə “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilən ikihissəli tədbirin birincisi baş tutub.Vebinarın əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində ölkəmizin qabaqcıl təcrübəsi hesab olunan “ASAN xidmət” modelinin, eləcə də Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində görülən işlər və planlaşdırılan layihələr ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq olub. Tədbirdə Tacikistan və Qırğızıstan Respublikaları daxil olmaqla Mərkəzi Asiya regionundan olan ölkələrin dövlət və özəl qurumlarının mütəxəssisləri, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.  Tədbir çərçivəsində “Dövlət xidmətlərinin göstərilməsinin regional perspektivdən təkmilləşdirilməsi: mövcud çağırışlar və inkişaf perspektivləri”, “Dövlət xidmətlərinin göstərilməsində inteqrasiya edilmiş xidmət idarəetməsi və innovasiyaların tətbiqi: “ASAN xidmət” modeli nümunəsi” və “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı ardıcıl sessiyalar keçirilib.Sessiyalarda Dövlət Agentliyinin müvafiq sahələr üzrə ekspertləri qeyd olunan istiqamətlər üzrə geniş təqdimatlar ediblər.  “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı paneldə "ABAD" nümunəsini  “ABAD” PHŞ-nın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova təqdim edib. Bundan əlavə sessiyalarda İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, "CAREC" İnstitutunun və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri də çıxış ediblər. Sözügedən mövzuda müxtəlif sessiyaları əhatə edəcək növbəti vebinarın 17 noyabr 2021-ci il tarixində həyata keçirilməsi planlaşdırılır.


“ABAD”ın əməkdaşı Rəcəb Quliyevin şəhidlik zirvəsinə ucalmasından bir il ötür

Noyabrın 10-u Vətən müharibəsi şəhidi Quliyev Rəcəbin xatirəsini əbədiləşdirmək məqsədi ilə onun böyüyüb başa çatdığı Şamaxı rayonunun Dəmirçi kəndində inşa olunmuş abidə-bulağının açılışı baş tutub.Anım günündə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “ABAD” publik hüqiqi şəxsin direktoru Rüfət Elçiyev, şəhidlərimizin ailə üzvləri, qazilərimiz iştirak ediblər. Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra çıxış edənlər İkinci Qarabağ müharibəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid Vətən oğullarımızın qəhrəmanlıqlarından eyni zamanda, Rəcəb Quliyevin qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıblar. Rəcəb Quliyev  5 dekabr 1997-ci il tarixində Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə elə doğma kəndinin məktəbində alıb. 13.01.2016-cı il tarixindən – 03.07.2017-ci il tarixinədək həqiqi hərbi xidmətdə olub. 2 fevral 2018-ci il tarixindən “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi  mikro və kiçik sahibkarlığın inkişafına öz əvəzsiz töhfəsini verib.2020-ci il 29 sentyabr tarixindən elan edilmiş qismən səfərbərlik ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Döyüşlərdə böyük şücaət göstərərək qəhrəmanlığı ilə fərqlənib.Müharibənin son günü Zəngilan rayonu ərazisində qəhrəmancasına şəhid olub.Ruhun şad olsun, əziz Rəcəb! Bütün Azərbaycan xalqı öz şəhidlərini əbədiyyən unutmayacağı kimi biz də səni unutmayacağıq!


“ABAD” Zəfər yarmarkasında iştirak edir

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qələbəyə həsr olunmuş “Zəfər” yarmarkasına start verilib. 29 oktyabr - 9 noyabradək davam etməyi nəzərdə tutulan yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” sloqanı altında keçirilir.“YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif şirkətlər, ictimai iaşə, tibb obyektləri və s. iştirak edir. Şirkətlər tərəfindən təqdim olunan xidmət və məhsulların satışı “ABAD”ın təqdim etdiyi diyircəkli qoşqularda - fudtraklarda reallaşdırılır. Zəfər simvolikasına aid müxtəlif suvenirlərin satışını da həmçinin “ABAD” həyata keçirir. Bundan başqa burada kitab, oyuncaq və s. kimi məhsullar əldə etmək mümkündür.Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Vətəndaşlar üçün hərbi vətənpərvərlik yarışları, uşaqlara isə əyləncəli tədbirlər təşkil ediləcək.Yarmarka müddətinfə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.Qeyd edək ki, yarmarkadan əldə edilən vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.


"Nümunəvi Dönər Biznesi" layihəsi çərçivəsində iki obyektin açılışı baş tutdu

Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam edir.  “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs birlikdə həyata keçirilən "Nümunəvi Dönər Biznesi" layihəsi də bu tədbirlər sırasındadır.Layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, “Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu gündən etibarən Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna məxsus “Dönər Room” və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus «TAVAÇI BAKU DÖNƏR» müəssisələrinə müasir avadanlıqlar təqdim olunub. ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin edilməsini həyata keçirir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edir, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirir, analizini aparır, layihə çərçivəsində keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verir və “ABAD”çı olmaq qərarına gələn iştirakçılara daimi əsasda “ABAD” proqramına daxil olan xidmətləri göstərir. Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners