× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq

Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması naminə “ABAD” publik hüquqi şəxs, AQTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni bir layihəyə start verdi. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından böyük əhəmiyyətə malik olan bu layihə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə reallaşacaq. Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, biznesin SWOT analizini aparıracaq. Keçiriləcək təlimlərin təşkilində iştirak edib, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verirəcək. Bundan başqa gələcəkdə ABADçı olmaq qərarına gələn iştirakçılara daimi əsasda "ABAD" dəstrək paketinə daxil olan xidmətlər göstəriləcəkLayihə  üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcəkdir.Dövlət Məşğulluq Agentliyi tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərindən, habelə, sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zənciri nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.


Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara üçtərəfli dəstək

Sahibkarlığın inkişafının dəstəklənməsi və bu çərçivədə sahibkarlıq subyektlərinin özinvestisiya layihələrini reallaşdırmaq məqsədi ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan  Beynəlxalq Bankı və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə əsasən üçtərəfli dəstək bu proses üzrə həyata keçiriləcək: “ABAD” aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara dəstək olacaq. Eyni zamanda istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq. Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün “Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq. İmzalanma mərasimində çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev   bildirib ki, sahibkarlar və kənd   təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər: “Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”. Aqrar   Kredit   və   İnkişaf   Agentliyinin   sədri   Seymur Mövlayev  qeyd edib ki, üç   tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək   göstərəcək:  “Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək. Birgə məhsullar hazırlanacaq”. Azərbaycan   Beynəlxalq   Bankının   Korporativ   biznes   üzrə   Baş   direktoru   Nərgizxanım Biləndərli bildirib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi   yer   tutur:  “Son   illər   biznes   layihələrinin   reallaşdırılmasına   fəal   şəkildə   kömək göstərdiyimiz   kiçik   və  orta  sahibkarlıq   subyektlərinin   müəyyən   bir  qisminin   fəaliyyəti məhz aqrar sektora aiddir. Belə   bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş  oluruq.  Bu  da  aqrar   sahədə çalışan   iş  adamları üçün  daha da faydalı olmağımıza imkan verəcək”. Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners