× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

“ABAD” Yasamal rayonu sahibkarları ilə görüş keçirdi

13 aprel 2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında “ABAD” publik hüquqi şəxsin sahibkarlarla görüşü baş tutdu. Görüşdə “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və RİH başçısının I müavini Hüseyn Əfəndiyev iştirak ediblər.Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayaraq, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat verdi. Hüseyn Əfəndiyev həmçinin “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açdı.Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABAD”ın fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. Bundan başqa o, görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında sahibkarlara məlumat verib.Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.


“ABAD”ın əməkdaşı Hindistanda təlimdə iştirak edib

 “ABAD” publik hüquqi şəxsin əməkdaşları mütəmadi olaraq öz potensiallarını, bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif yerli və beynəlxalq təlim proqramlarında iştirak edir. Bu günədək, əməkdaşlarımız Çin, Yaponiya, Şimali İrlandiya Birləşmiş Krallığı, Xorvatiya, Bolqarıstan, Portuqaliya, Mərakeş, İtaliya və s. kimi ölkələrdə keçirilən müxtəlif təlim proqramları və seminarlarda iştirak ediblər. Növbəti belə bir təhsil səfəri “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq” (ITEC) proqramı çərçivəsində Hindistanın Noida şəhərində yerləşən Jaipura İdarəçilik İnstitutuna baş tutub. “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin layihə meneceri Rəşad Mütəlibov 9-27 yanvar 2023-cü il tarixlərində “Kiçik və Orta Sahibkarlıq Müəssisələrində liderlik DNT-sinin ortaya çıxarılması” mövzusunda təlimdə iştirak edib. Təlimdə Azərbaycanla birgə, Argentina, Rusiya Federasiyası, Tacikistan, Şri-Lanka da daxil olmaqla 18 ölkədən nümayəndə iştirak edib. Təlimlər çərçivəsində Rəşad Mütəlibov tərəfindən “ABAD” publik hüquqi şəxs və onun fəaliyyət istiqamətləri barədə səfər heyətinə ətraflı təqdimatlar keçirilib. Səfərin son həftəsində iştirakçılar UNESCO Ümumdünya Mədəni İrs siyahısına daxil olan Tac Mahal və digər möhtəşəm memarlıq abidələri ilə tanış olublar.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners